Bu idman növü Trampa milyonlarla gəlir gətirir – ABŞ prezidenti var-dövlətini açıqladı

Bu idman növü Trampa milyonlarla gəlir gətirir – ABŞ prezidenti var-dövlətini açıqladı

ABŞ prezidenti Donald Tramp aylıq gəlirini açıqlayıb.



Biznes həyatından siyasətə keçən Tramp 2016-cı ilin yanvarından bu ilin aprelinədək 596 milyon dollar pul qazandığını bəyan edib. O, bütün sərvətinin isə 1,4 milyard dollar etdiyini deyib.

İndiyədək vergi bəyannamələrini gizli saxlamağa çalışan ABŞ prezidenti gəlirləri ilə bağlı məlumatı öz istəyi ilə yayıb. O bildirib ki, 1 il 4 aylıq müddətdə qazandığı 596 milyon dolların yarısını qolf mərkəzindən əldə edib. Onun qolf klubu Floridada yerləşir və dünyanın ən elit qolf mərkəzlərindən biri hesab edilir. Bu klub ABŞ prezidentinə hər ay 37,2 milyon dollar xalis gəlir gətirir.

Qeyd edək ki, mütəxəssislər Trampın var-dövlətinin əslində daha çox olduğunu deyirlər. Onlar hesab edirlər ki, ABŞ-da əmlak kralı kimi tanınan Tramp bəzi mülklərinin dəyərini qəsdən çox aşağı göstərir. Onun şirkətlərinin hazırki borcu isə ən azı 315 milyon dollardır.

Mənbə: bizimyol.info
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...