“Məcbur qalsanız, zina edin” - Hərbçilərə mühdiş ƏMR

“Məcbur qalsanız, zina edin” - Hərbçilərə mühdiş ƏMR

FETÖ terror şəbəkəsinin hərbi məktəblərə sızma prosesilə bağlı yeni şok məlumatlar ortaya çıxıb. Təşkilat özünə cəlb etdiyi müdavimlərə ifşa olmamaları üçün “Məcburiyyətdə qalsanız, zinadan çəkinməyin” göstərişini verib.



Moderator.az xəbər verir ki, məlum şəbəkə müəllimlər və imamlar vasitəsilə kənd yerdə yaşayan və maddi imkanları məhdud olan ailələrin uşaqlarını "Gələcəkdə iş qayğısı olmayacaq" - deyə özünə cəlb edirmiş. Orta təhsil dövründəki uşaqlara - Fərdi, Mahir, Saleh, Zübeyir, və Səid kimi kod adı verilərək, başda İstanbul, Bursa və Balıkesir olmaqla 20 ayrı rayondakı hüceyrə evlərinə yerləşdiriliblər Hər uşaq isə “həkim” kod adı verilən bir məhrəmə tapşırılırmış.

Hərbi məktəblərdə qəbul zamanı imtahan sualları bir gün əvvəldən hücrə evlərində yetişdirilən uşaqlara email vasitəsilə göndərilirmiş. Hərbi məktəbə daxil olduqdan sonra müdavimlərə ifşa olmamaları üçün "Oruc tutun, dəstəmaz almadan gözlərinizlə namaz qılın. Məcburiyyət qarşısında qalsanız zina etməkdən çəkinməyin” əmri verilirmiş.

Əmrlər içərisində “Evinizə Atatürk portreti və İstiqlal marşı asın, əsgərin qadağan etdiyi hicab, yaylıq, saqqal kimi atrubutlardan uzaq durun" kimi göstərişlər də varmış.

Mənbə: moderator.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...