"Atatürkə görə planlarımızı yarım əsr təxirə salmaq məcburiyyətində qaldıq" - Rokfeller

"Atatürkə görə planlarımızı yarım əsr təxirə salmaq məcburiyyətində qaldıq" - Rokfeller

Maraqlıdır, dünyanı idarə etdiyi söylənilən Rokfellerin Türkiyə ilə bağlı planlarını, ya da söylədiklərini heç eşitmisinizmi?



Eşitməmisinizsə, o zaman Moderator.az-ın təqdim etdiyi bu yazını diqqətlə oxuyun.

Bir çox mənbədə cəmi 10 səhifə olduğu söylənən, son əsrin ən böyük etirafı olaraq gündəmə damğasını vurmuş açıqlamasında Rokfeller Türkiyə üzərində necə oyunlar oynadıqlarını və ölkəni necə idarə etdiklərini açıqlayıb. Baxmayaraq ki, bu açıqlamanın Rokfellerin ağzından çıxdığına dair qəti bir məlumat da yoxdur. Hətta bəziləri tərəfindən bəyanatlar çox gülməli verilib, bəziləri də bu məlumatları sərt şəkildə tənqid edib.

David Rockefeller: “Atatürk Yüzünden Planlarımızı Yarım Yüzyıl Ertelemek Zorunda Kaldık”


Rokfeller Adnan Menderesin köməyi sayəsində ölkə rəhbərliyində yer aldığını bildirib. Bunun qarşılığında isə Menderes onlardan Marşal Adına yardım adı altında borc alıb, ancaq pulu qaytara bilmədiyi üçün sürətlə daha çox borclanıb. Rokfeller Menderesin Türkiyə xaricinə sərmayə açmağını istəyib, ancaq bu təklifləri rədd edilib. Sonrası isə hər kəsə bəllidir. İnqilab baş verir və Menderes edam edilir.


Image result for adnan menderes


Rokfeller 80-ci il çevrilişində də onların təsirləri olduğunu müdafiə edərək, ölkəyə gətirdikləri təxribatçılarla qısa müddətdə xaos yaratdıqlarını əlavə edib. Güya çevrilişdən sonra onların istəklərini yerinə yetirən Turqut Özal hakimiyyətə gəlib və qanun dəyişiklikləri ilə qısa müddətdə kapitalist sistemi qurulub. Kürd dövləti ideyasının da onlara məxsus olduğunu deyən Rokfeller Türkiyənin yaxın gələcəkdə eynilə Sevr Müqaviləsində olduğu kimi demək olar ki, bütün haqlarından imtina etmək məcburiyyətində qalacağını dilə gətirib. Su resursları, strateji mövqeyi, bor mədənləri kimi səbəblərdən Türkiyənin onlar üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

Qeyd edək ki, bu fikirlərin Devid Rokfeller tərəfindən deyilib-deyilmədiyi ilə bağlı tutarlı mənbə yoxdur.

Mənbə: moderator.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...