Dostunun sevgilisinə təcavüz edən oğlan: "Bir dəfədən heç nə olmaz"

Dostunun sevgilisinə təcavüz edən oğlan: "Bir dəfədən heç nə olmaz"

Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.



Konyada evli və 1 uşaq anası, 22 yaşındakı Zeynep K. təcavüzə uğrayıb. Sevgilisi duş qəbul edərkən dostu tərəfindən təcavüzə məruz qalan qız 32 yaşındakı evli və 1 uşaq atası Fatih Kirazı tapança ilə öldürüb. Zeynep K. və hadisədən sonra birlikdə qaçdığı 31 yaşındakı sevgilisi Mustafa G. polis tərəfindən saxlanılıb.

Polis araşdırmasından sonra məlum olub ki, Zeynep K. 4 aydan bu yana birlikdə olduğu evli və 2 uşaq atası Mustafa G.-nin təxminən 1 həftə əvvəl kirayəyə götürdüyü mənzildə sevgilisiylə qalmağa başlayıb. Mustafa G. hadisə günü bir fabrikdə çalışan dostu Fatih Kirazı evə çağırıb birlikdə spirtli içki içib.

Fatih bir müddət sonra siqaretinin azaldığı söyləyərək Mustafa G.-nin marketə gedib siqaret almasını istəyib. Mustafa G. də duş aldıqdan sonra siqaret almağa gedəcəyini söyləyib. Mustafa G.-nin duşa girməsindən sonra Zeynep K. da paltarlarını dəyişmək üçün yataq otağına gedib. Fatih iddiaya görə, gənc qadının arxasından gedərək yataq otağında ona sarılıb. Zeynep K.-nın müqavimət göstərməsindən sonra oğlan "Bir dəfədən bir şey olmaz. Mənim Mustafadan nəyim əksikdi?" deyərək sarılmağa davam edib.

Fürsət taparaq yataq otağından çıxıb salona qaçan Zeynep K., iddiaya görə, Kirazın salonda da onu divana yatırmasından sonra sevgilisinə aid sənədsiz tapançanı çantasından çıxardaraq Kirazı vurub. Yaralanan Fatih xəstəxanaya çatana qədər yolda keçinib.

Polis aparılan araşdırmalardan sonra gənc qızı ə sevgilisini ələ keçirib.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...