İraq işğalı zamanı baş verən qeyri-insani hərəkətlər üzə çıxır

İraq işğalı zamanı baş verən qeyri-insani hərəkətlər üzə çıxır
"The Guardian" qəzeti İngiltərədə müdafiə məsələlərində xidmət göstərən bir şirkətin İraq işğalı zamanı afrikalı uşaqları pullu əsgər olaraq istifadə etdiyini açıqlayıb. Şirkətdə daha əvvəl yüksək vəzifədə xidmət edən Ceyms Ellerinin açıqlamasında, "Afrikalı uşaq əsgərlərin avropalı əsgərlərə nisbətən daha ucuz olduğu üçün" bu üsula müraciət edildiyi bildirilir.

Sierra Leoneni "işsizliyin yüksək olduğu və yaxşı işçi qüvvəsi olan" bir ölkə kimi təsvir edən Elleri, buradan alınan keçmiş uşaq əsgərlərlə İraqdakı ABŞ varlığının xərclərini azaltdığını deyib.

İngiltərədən toplanan pullu əsgərlərin daha yaxşı bir qüvvə olacağını deyən Elleri, bunun xərcinin ödənilməsinin mümkün olmadığını da vurğulayıb. Elleri bu səbəbdən İngiltərədən sonra asiyalılara üstünlük verildiyini, asiyalıların da xərclərinin çox olduğunu gördükdə, afrikalılara yönəldiklərini deyib.

Keçmiş şirkət rəhbəri Elleri Sierra Leonedən alınan əsgərlərə gündəlik 16 dollar ödəndiyini bildirib.

Sierre Leone 6 milyon əhalisi olan Qərbi Afrika ölkəsidir. Ölkədə 1990-2002-ci il müddətində vətəndaş müharibəsi olub. On minlərlə adam dünyasını dəyişib. Vətəndaş müharibəsi zamanı uşaqlar terrorçu qruplar tərəfindən zorla əsgər aparılıb, əsgəri xidməti qəbul etməyən minlərlə uşaq və gəncin əlləri, ayaqları kəsilib. Hazırda ölkədə minlərlə əlsiz və ayaqsız əlil insan var.

Mənbə: Faktxəbər
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...