Dünyanın ən varlı cütlükləri - Siyahı

Dünyanın ən varlı cütlükləri - Siyahı
“Microsoft” kompaniyasının qurucusu Bill Qeyts və onun həyat yoldaşı Melinda dünyanın ən imkanlı cütlüyü elan olunub. Onların varidatı ümumilikdə 85,7 milyard dollar həcmində qiymətləndirilir.

Qeyts cütlüyünün ardınca İspaniyanın "Inditex" geyim riteylerinin banisi Amansio Orteqi və həyat yoldaşı Flora Peres (70,7 milyard dollar) gəlir. İlk üçlüyü isə investor Uorren Baffet və Astrid Menks (65 milyard dollar) qapayır.

Siyahıda dördüncü və beşinci yerləri Amerika sənayeçiləri Devid və Çarlz Kox qardaşları və onların həyat yoldaşları Culiya və Elizabet tutur (hər cütlükdə 47,5 milyard dollar).

"MarketWatch" biznes saytının versiyasına görə tərtib edilən ilk onluğa, həmçinin çinli milyarder Van Tsyanlin və Lin Nin (40,7 milyard dollar), "Amazon" kompaniyasının qurucusu Ceff Bezos və onun həyat yoldaşı, yazıçı Makenzi Bezos (39,8 milyard dollar), LVMH transmilli kompaniyanın başçıları Bernar Arno və pianoçu Elen Mersyö (38,7 milyard dollar), Mark Sukerberq və Prissilla Çan (38,5 milyard dollar) və "Wal-Mart" riteyler kompaniyasının rəhbəri Ceyms Uolton və həyat yoldaşı Linn (36,2 milyard dollar) daxil olub.

Bu arada Atlanta şəhərindəki Emori Universitetinin apardığı tədqiqat illik gəliri 125 min dollardan çox olan cütlüklərin boşanma ehtimalının bu məbləğdən az qazanan ailələrə nisbətən 51 faiz aşağı olduğunu göstərib.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...