Belarus prezidenti Avropaya çağırış edib – VİDEO

Belarus prezidenti Avropaya çağırış edib – VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa ölkələrini Dağlıq Qarabağ probleminə ciddi şəkildə diqqət yetirməyə çağırıb.



“Report” xəbər verir ki, bunu o, ötən gün Minskdə ATƏT-in Parlament Assambleyasının 26-cı illik sessiyasının təntənəli açılış mərasiminə həsr olunmuş plenar iclası zamanı bildirib.
“Avropa bu gün dövlətlərin zamanında həll etməli olduğu problemlərin episentrindədir. Bir tərəfdən bu problemlərin Avropa qitəsinə aidiyyəti yoxdur, lakin məhz Avropa bu çətinliklərin kəsişməsinə düşüb”, – deyə o bildirib.
Belarus prezidenti nümunə olaraq Yaxın Şərqdə terrorçuluq, qanunsuz miqrasiya və digər problemləri yaradan hərbi münaqişələri xatırladıb:
“Məqamın tarixiliyi ondan ibarətdir ki, biz fəaliyyətsizliyin nəyə gətirib çıxardığını hiss etdilər. Avropadakı, o cümlədən Dağlıq Qarabağ və Dnestryanıdakı problemlər həll olunmamış qaldı və nəticədə qitənin mərkəzində – Ukraynada münaqişə yarandı.
Ona görə, məqamın tarixiliyi ondan ibarətdir ki, biz bu problemlərə ciddi şəkildə diqqət yetirməliyik. Və ən əsası, hörmətli deputatlar, bizim bu problemlərin prioritetliyini ardıcıllıqla sıralamağımız çox vacibdir. Nəhayət artıq təxirə salınması mümkün olmayan və sadəcə fəryad edən problemlərə ciddi şəkildə diqqət yetirməyin vaxtı çatıb”, – deyə Belarus prezidenti bildirib.

Mənbə: bizimyol.info
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...