"Allah"la "peyğəmbərlər" əlbir olub 2.5 trilyon mənimsədi - Ağılalmaz dələduzluq

"Allah"la "peyğəmbərlər" əlbir olub 2.5 trilyon mənimsədi - Ağılalmaz dələduzluq

Türkiyədə inanılmaz dələduzluq hadisəsi baş verib.



Belə ki, özlərini Allah və peyğəmbər olaraq tanıdan 11 kişi bir nəfərin təxminən 2.5 trilyon Türk lirəsini mənimsəyib. Şübhəlilər saxlanılıb.

Ankara küçələrində tacirlik edən Ramazan illər əvvəl dükanına dilənçi libasında gələn Bülənd Ö. adlı şəxsə sədəqə verib. Bülənd Ö. bir müddət sonra yenidən gələrək özünün Hz.İsa olduğunu iddia etdikdən sonra vətəndaşdan pul istəyib. Şəbəkənin digər üzvləri vasitəsilə həmin vətəndaş haqqında məlumat toplayan Bülənd Ö. Ramazana evində nə qədər pulu olduğunu, harda saxladığını və anadan olmamış uşağının cinsini deyib. Güvən qazanan Bülənd Ö. sonra Həzrət İbrahim, Həzrət Məhəmməd və Veysel Karani kimi tanıtdığı digər yoldaşlarını də Ramazanla tanış edib. Son olaraq özüylə gətirdiyi Hakan Ö.-nün isə Allah olduğunu deyib. Fırıldaqçılar 10 il ərzində Ramazan ilə dəfələrlə görüşərək, "ehtiyacı olan vətəndaşlara paylanması üçün" təxminən 2.5 trilyon Türk lirəsi alıblar. "Allah" Məkkədən zəng edir...

Bundan başqa, Ramazana "daha rahat əlaqə yaratmaq üçün" cib telefonları da aldırırlar. Özünü Allah kimi tanıdan Hakan Ö. zəng edən zaman Ramazanın cib telefonunda Məkkənin kodunu göstərəcək texniki bir tənzimləmə quraşdırıblar. Hakan Ö. "Ey qulum 45 dəqiqə sonra yanındayam" - deyib. Daha sonra yenə arayan Hakan Ö. növbəti dəfə də "Sənə kimi istəyirsənsə göndərim. De görüm hansı peyğəmbəri istəyirsən?"-deyə soruşub. Girdiyi depressiya nəticəsində 3 dəfə intihara cəhd edən Ramazandan yaşadıqlarını ailəsinə və ətrafına də danışmasını istəyən fırıldaqçılar vəziyyətin polisə bildirilməsindən sonra tutulublar. Polisdə sorğuları tamamlanan 11 nəfər dələduzluq cinayətindən həbs ediliblər.

Mənbə: mynews.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...