İnstagram hesabınız təhlükədədir: Bu funksiyanı dərhal dəyişdirməlisiniz!

İnstagram hesabınız təhlükədədir: Bu funksiyanı dərhal dəyişdirməlisiniz!

İnstagram hesabınızın başqalarının əlinə keçməsinin qarşısını almaq üçün bu yeni funksiyandan istifadə etməyi unutmayın!



"İki faktorlu təsdiqləmə” hesabınızı xakerlərdən qorumaq üçün çox yaxşı bir üsuldur. Ötən günlərdə instagram sizin hesabınızı qorumaq üçün ikinci bir təhlükəsizlik xidməti təqdim etməyə başlayıb. Bəs bu xüsusiyyəti necə aktivləşdirə bilərik? İnstagramda iki faktorlu təsdiqləməni həyata keçirmək üçün telefonunuzdan istifadə etməyiniz lazımdır. Başlamaq üçün instagram hesabınızı açın və profilinizə daxil olun, daha sonra tənzimləmələr bölməsinə girin. "Təhlükəsizlik kodu lazımdır” funksiyasını aktivləşdirdikdən sonra hesabınızla bağlı bir telefon nömrəsi varsa telefonunuza kod göndəriləcək. Telefon nömrənizi daha əvvəl qeyd etməmisinizsə, bunu etməyiniz tələb olunacaq. İki faktorlu təsdiqləməni aktivləşdirərkən instagram sizə beş ehtiyyat kod verəcək və bu kodların ekran görüntüsünü qalereyaya qeyd edəcək. Bundan sonra instagrama hər hansı bir cihazdan ilk dəfə giriş edən zaman telefonunuza kod göndəriləcək. Hansısa bir səbəbdən bu qısa mesajları almadığınız zaman ehtiyyat kodlardan istifadə edə bilərsiniz.

İnstagram hesabınız təhlükədədir: Bu funksiyanı dərhal dəyişdirməlisiniz!

İki faktorlu təsdiqləməni "tənzimləmələr>iki faktorlu təsdiqləmə” funksiyasına daxil olaraq qeyri-aktiv edə bilərsiniz.

Əgər birdən çox instagram hesabınız varsa, hər hesab üçün fərqli bir telefon nömrəsindən istifadə etməyiniz lazımdır. Fərqli iki hesab üçün eyni telefon nömrəsindən yararlansanız, birinci hesabın iki faktorlu təsdiqləmə funksiyası avtomatik olaraq bağlanacaq.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

Mənbə: xeberle.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...