“WhatsApp”da mətnli statuslar bərpa olunur

“WhatsApp”da mətnli statuslar bərpa olunur

“WhatsApp” messenceri mətnli statusları bərpa etməklə bağlı qərar qəbul edərək növbəti həftədən etibarən klassik funksiyadan “Android”, daha sonra “iOS” istifadəçilərinin yararlana biləcəklərini açıqlayıb.



“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, cari ilin fevralında messencerdə mətnli statuslar ləğv edilərək yeniləri ilə əvəz olunub və istifadəçilər üçün dostlara 24 saatdan sonra avtomatik yoxa çıxan fotoşəkillər vasitəsilə nə ilə məşğul olmaq barədə məlumat vermək imkanı yaradılıb. Lakin əksər istifadəçilər bu funksiyanı “gənclər üçün oyuncaq adlandırıb.

Bununla belə, bu yaxınlarda “WhatsApp”ın beta versiyasında köhnə funksiya yenidən bərpa edilib. Digər istifadəçilərin başqalarının kontaktlarına baxan zaman görə biləcəkləri məlumatları profil funksiyaları vasitəsilə əlavə etmək mümkün olacaq.

Bundan sonra yenilənmə istifadəçi kontakta baxanda, məsələn yeni çat yaradılanda və ya qrup barədə informasiya nəzərdən keçiriləndə hər dəfə profilin adının yanında görünəcək.

Şirkətin mətnli statusların bərpası ilə bağlı qərarı tərtibatçıların istifadəçilərin fikrinə tez reaksiya verməsindən xəbər verir.

Mənbə: Ölkə.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...