WhatsApp hekayəli status funksiyasından sonra gələn mənfi reaksiyalara görə geri addım atdı

WhatsApp hekayəli status funksiyasından sonra gələn mənfi reaksiyalara görə geri addım atdı

WhatsApp, keçdiyimiz günlərdə Snapchat və Instagramdakı hekayə xüsusiyyətini tərkibinə qataraq, sosial şəbəkədə həddindən artıq mənfi reaksiyalar almışdı. Şirkət, bu reaksiyalardan sonra geri addım ataraq "yazılı status” funksiyasını geri qaytarır.



WhatsApp, keçdiyimiz həftənin sonlarında tətbiqin "status” hissəsini yeniləyərək eynilə Instagram və Snapchat-dakına oxşar bir xüsusiyyət əlavə etdi. Bu hissəyə "Hekayə” xüsusiyyətini inteqrasiya edən WhatsApp, bu dəfə istifadəçilər tərəfindən sosial şəbəkələrdə çox sərt tənqid edilmişdi. Reaksiyalar yenilənmənin gəldiyi gündən bəri bitmədiyinə görə şirkətin bu xüsusiyyətlə bağlı geri addım atmağa niyyətli olduğu ortaya çıxdı.

Gələn xəbərlərə görə WhatsApp-ın bir sonrakı yenilənmə ilə yazılı status funksiyasını təkrar aktiv edə biləcəyi deyilir. WaBetaInfo-nun Twitter səhifəsindən paylaşdığı məlumata görə WhatsApp, "Tagline” adını verdiyi bu xüsusiyyətlə yazılı status paylaşımını geri gətirir.

Sızdırılmış məlumatlara görə istifadəçilər, yeni gələcək xüusiyyət ilə eynilə əvvəlki kimi yazı ilə və emosiyalarla status əlavə edə biləcəklər. Tətbiqin beta ekran şəkillərinə baxdığımızda, yazılı status funksiyasında böyük bir dəyişiklik edilməyəcək və yeni xüsusiyyət, bir neçə gün əvvəl gələn hekayə xüsusiyyətinin yanında yer alacaq. İstifadəçilər, yeni xüsusiyyətə gizlilik tənzimləmələrindən lazımı dəyişiklikləri edə biləcəklər.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...