WhatsAppa gələn son 8 yenilənmədən xəbəriniz varmı?

WhatsAppa gələn son 8 yenilənmədən xəbəriniz varmı?
Son günlərdə gələn yenilənmələr ilə WhatsApp’ın qazandığı 8 yeni xüsusiyyəti təqdim edirik.

WhatsApp dünya miqyasında populyar olan tətbiqlər arasında ən çox yenilənmə alan və yeniliklərə qovuşan tətbiqlərdən biridir. Azərbaycanda da geniş istifadəçi kütləsi olan bu tətbiq son gələn yenilənmələr ilə daha funksional hala gəlib. Əlbətdə bu yeniliklərdən faydalanmaq üçün WhatsAppın son versiyası 2.12.51 qurulumunu yükləməlisiniz. İndi isə bu 8 yeniliyə birlikdə nəzər salaq.

Videoları yaxınlaşdırın və tənzimləyin.

Son yenilənmə ilə göndərilən videoları yaxınlaşdıra biləcəksiniz. Bundan əlavə youtubeda olduğu kimi üzən formada videoları izləmək mümkün olur.

PDF sənədi göndərmək.

Elektron kitab oxuayanlar üçün faydalı və lazımlıolan bu funksiya vasitəsilə siz PDF sənədlərini də WhatsApp üzərindən bölüşə bilərsiniz.

Bulud vasitəsilə şəkil paylaşma.

Şəkil paylaşmaq indi sadəcə telefonun qalereyasında olan şəkillər vasitəsilə olmayacaq. İstifadə etdiyiniz bulud servislerində olan şəkillərinizi də WhatsApp vasitəsilə paylaşa biləcəksiniz.

Göndərilən linklər, sənədlər və mediya resurslarının ayrımı.

WhatsAppda bir söhbət pəncərəsində paylaşılan şəkillər, linklər və sənədlər artıq avtomatik olaraq çeşidlənir. Daha sürətli keçid etmək üçün sağ yuxarı hissədə mediaya daxil ola bilərsiniz.

Silinən söhbətlərdə artıq ulduzlu mesajlar silinməyəcək.

Bu günə qədər WhatsAppda ulduzlu olaraq işarələdiyimiz mesajlar, həmin söhbət pəncərəsinin silinməsi ilə itirdi. Lakin artıq həmin söhbət silinsə belə ulduzlu mesajlarınız silinməyəcək.

Gələn mediya resurslarının yükləmə tənzimləmələrini idarə etmək.

Söhbət əsnasında gələn hər hansı media resursunun avtomatik olaraq mobil data vasitəsilə yüklənməsini istəmirsinizsə, settings-data usage seçimlərindən tənzimləmə edə bilərsiniz. Artıq yenilənmə ilə şəkil, video, səs, fayl tənzimləmələrini etmək mümkün olacaq.

WhatsAppın test versiyasında gələn yenilikləri ilk olaraq siz yoxlayın.

Bildiyimiz kimi WhatsApp’ın yeniliklərin əldə etmək üçün iTunes və Play Store’dan yeni versiyanı yükləmək kifayət edir. Lakin WhatsApp’ın test olaraq yayımladığı yeniliklərdən faydalanmaq istəyirsinizsə test versiyasını yükləyə bilərsiniz.

Qalın və ilatik yazmaq.

WhatsAppa gələcək olan əsas yenilənmələrdən biri də məhz qalın və ilatik yazı çeşidləri olacaq. Hələ ki, test mərhələsində olan bu yeniliyin qısa zamanda təqdim olunması gözlənilir.

Mənbə: Mir.Az

Şərhlər 1

  1. Resul
    Resul - 31 mart 2016 10:13
    Mir.az Logosu


    Mir.Az » Forum Mir.Az » Forum Bölmələri » İnformasiya Texnologiyaları » WhatsAppa gələn son 8 yenilənmədən xəbəriniz varmı?
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...