Azərbaycanlı olimpiya çempionu GECƏ KLUBU AÇDI - FOTO

Azərbaycanlı olimpiya çempionu GECƏ KLUBU AÇDI - FOTO

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazandırdığı Qazaxıstanda gecə klubu açıb.



ARENA adlanan əyləncə məkanı Taldıkorqan şəhərində yerləşir.

Təqdimat mərasiminə ölkənin tanınmış xanım idmançılarından Svetlana Podobedova və Karina Qoriçeva da qatılıb. Rəhimov gecə klubunu belə təqdim edib: "Sizi unikal işıqlandırma sistemi, baş verənlərin mərkəzində olmağa şərait yaradacaq ən yaxşı səs gözləyir. Əlbəttə, peşəkar şef-aşpazdan isti yeməklər də öz yerində. Geniş içki seçimi sizi laqeyd vəziyyətdə qoymayacaq. ARENA - klub həyatı üslubunun dəqiqliklə izlənildiyi yeni gecə klubudur".

ARENA-ya giriş qızlar üçün tam pulsuzdur. Oğlanlar isə 1500 tengə (təqribən 8 manat) giriş haqqı ödəməlidirlər. Depozit haqqı adambaşı 3000 - 4000 tengə, qəlyan 4500 tengə təşkil edir. Klub saat 20:00-dan gecə saat 5:00-dək işləyir.

Qeyd edək ki, "Rio-2016"da 77 kq çəki dərəcəsində qazandığı qızıl medal qarşılığında Nicat Rəhimov Qazaxıstan Mədəniyyət və İdman Nazirliyindən 25 min dollar və Astanada 3 otaqlı mənzil alıb. O, rəsmən Atırau şəhər sakini sayılsa da, Almatıda Qazaxıstan İdman və Turizm Akademiyasının 3-cü kursunda təhsil alır

Mövzuya aid fotolar:

Mənbə: Mybaku.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent