UEFA yenə “Xəzər Lənkəran”ın hesabına pul köçürdü

UEFA yenə “Xəzər Lənkəran”ın hesabına pul köçürdü UEFA tərəfindən “Xəzər Lənkəran” üçün ayrılan məbləğ klubun hesabına köçürülüb. Mir.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, üzvləri milli komandalarda çıxış edən cənublular 120 min 583,68 avro qazanıb.

Yığmalarda çıxış edən futbolçulara görə klublara ödənilməsi üçün vəsait xeyli əvvəl AFFA-nın hesabına köçürülmüşdü. Lakin UEFA tərəfindən ayrılmış vəsaitlə bağlı AFFA tərəfindən UEFA-ya sorğu göndərilmiş və burada “Xəzər Lənkəran” klubunun ödənişi ilə əlaqədar UEFA-nın tövsiyəsinə ehtiyac duyulduğu əksini tapmışdı.

Artıq UEFA sorğunu cavablandırıb. AÇ-2016-nın seçmə mərhələsində “Xəzər Lənkəran”a məxsus futbolçuların millidə çıxışına görə ayrılan məbləğ UEFA-nın tövsiyəsinə əsasən müvafiq qaydada AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Eyni zamanda, “Xəzər Lənkəran” klubu AFFA və PFL-ə olan borcunu ödəyəcək.

Qeyd edək ki, bir neçə gün öncə uşaq futbolu ilə bağlı 51 min 104 avro da klubun hesabına köçürülmüşdü.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent