Roza Zərgərli: 'O TV-lərin məni niyə 'zapret'ə qoyduğunu desəm, hamı onların üzünə tüpürər” - MÜSAHİBƏ

Roza Zərgərli: 'O TV-lərin məni niyə 'zapret'ə qoyduğunu desəm, hamı onların üzünə tüpürər” - MÜSAHİBƏ

Tanınmış müğənni Roza Zərgərlinin müsahibəsini təqdim edirik.



- Son zamanlar şou-biznesdə durğunluq var. Bunu nə ilə əlaqələndirirsiz?.
- Əslində durğunluq deməzdim, sadəcə hamının başı işinə qarışıb. Yay aylarında çoxlu kliplər çəkiləcək. Uzun zamandı efirlərdə görünməyən sənətçilərin konserti olacaq. Özüm də 1 ay bundan əvvəl Valehlə duetimizi təqdim etmişəm. Keçən il ərzində 4 mahnımız çıxıb. 3 mahnım da hazırdı amma vaxt edib ifa edə bilmirəm.”

- Gənc müğənnilərə az insan dəstək olur. Onlardan biri də sizsiz...
- Mən çoxlarına dəstək olmuşam. İndi də dəstək oluram. Ancaq indi hər ağlayana, yalvarana dəstək olmuram. Əgər bir insanın səsi varsa, beyni doğru istiqamətə yönəlibsə, ona kömək edirəm. Əvvəllər səsi olmayanlara da kömək edirdim.

- Dəstək olduqlarınız bir zaman sonra bunu dandı.
- "Balıq bilməsə də, xalıq bilir də" (gülür). Mən onu nəyəsə görə eləmirdim ki, mənə ömrünün axırına görə çox sağol desin. O artıq daxili tərbiyədən irəli gəlir.

- 4 ildi İTV-də aparıcısız. Verilişinizlə bağlı reaksiyalar necədir?
- Aparıcılıqla bağlı heç bir tənqid olmur və bu da məni narahat edir. Düzgün tənqidləri sevirəm, tənqid olan zaman insan öz üzərində daha çox işləyir.

- Özünüzü ideal aparıcı kimi görürsüz?
- İfaçılar arasında ən mükəmməl aparıcı özüməm. Mənim verilişimin mütailə mövzuları çox çətindir. Qovluq əlimdə gəlib özümü kiməsə göstərmirəm. Bizdə terminlər var. Mən Ofelya Sənani, Roza Tağıyeva, Nərgiz Cəlilova kimi aparıcıların yanında deyə bilmərəm birinciyəm. Elə desəm, bəzi gənc jurnalistər gedib korifey aparıcılardan bu haqda münasibətlər öyrənəcək. Əslində o burnu kəsik jurnalistləri heç həmkarları belə tanımır.

- Bəzi kanallarda qadağada olan müğənnisiz. O kanalların adını açıqlaya bilərsiz? Sizcə bu qadağaya səbəb nədir?
- ATV, Xəzər və Lider TV-də qadağadayam. Niyə qadağada olduğumu desəm, xalq mənə qadağa qoyan insanların layiqli cavabını verər. Ancaq mən əminəm ki, telekanal rəhbərlərinin bundan xəbərləri yoxdur. Orada özlərini rəhbər sayan bəzi şəxlər var ki, heç rəhbərlərini də saymırlar, məhz o şəxslərin özfəaliyyəti nəticəsində mənə qadağa qoyulub. İnşALLAH zaman hər şeyi öz yerinə qoyacaq və hər kəs layiqli cavabını alacaq. ATV-də başqa bir adama görə qadağadayam, ondan heç rəhbərliyin də xəbəri yoxdur. Telekanal rəhbərləri həqiqəti bilsə, məni yox, elə həmin arada gəzənləri ilk olaraq cəzalandıracaq.

- Saydığınız televiziyalar reytinq cədvəlində ön sıradadılar. O efirlərə dəvət almamaq sizi narahat etmir?
- Ümumiyətlə reytinq sözü Azərbaycan teleməkanı üçün sıfıra bərabərdir. Heç bir telekanal reytinq cədvəli ilə ölçülə bilməz. Çünki Azərbaycanda reytinq cədvəli fəalliyət göstərmir. Bu sözümdən sonra bəzi qurumlar mənimlə bir yolluq düşman ola bilər. O göstərilən şeylər yalandır. Pul verib alınan şeylərdir. Dövlət kanalları reytinq cədvəlində yoxdur. Niyə? Çünki onların reytinqə ehtiyacı yoxdur. Dövlət kanallarında daxili reytinq var. Allaha şükür daxili reytinqdə birinciyəm. Hər sənətçinin işi deyil ki, dövlət televiziyasında aparıcılıq etsin”

- Bəzi sənətçilər tərəfindən sizə atmacalar olur. Amma susursuz. Susqunluğunuzun səbəbi nədir?
- Bəzi insanlar haqda danışmaq özünü hörmətdən salmaqdır.

- Bəzi həmkarlarınız açıqlamalarında heç kəsi özünə rəqib görmədiklərini deyir. Bəs sizin rəqibiniz var?
- Kimsə özünə rəqib görmürsə, deməli o fəaliyyətini dayandırıb. Hamı mənim üçün rəqibdi. Çünki mən fəalliyətdəyəm.

Mövzuya aid fotolar:

Mənbə: Azxeber.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...