Elza Seyidcahan: "Bu il 7 dəfə tonqaldan tullanmışam"

Elza Seyidcahan: "Bu il 7 dəfə tonqaldan tullanmışam"

Sənətçi Novruz bayramından danışıb



Əməkdar artist Elza Seyidcahan Novruz bayramından söhbət açıb. Açıqlama verən Elza xanım Novruzun adət ənənəsini sevdiyini və onlara bacardığı qədər əməl etdiyini bildirib:

"Novruz fallarına inanıram. Bu inanclara inanmasaydılar, bugünümüzə kimi gəlib çıxmazdı. Bircə çox istərdim ki, ailələr səmənini almasınlar. Hər evdə səməni cücərməlidir. Qorğa, buğda qovrulmalıdır. Süfrədə 7 təam olmalıdır. Şəkərbura, paxlava və qoğalın qoxusu çıxmalıdır evdən. Təəssüf ki, indi hər şeyi dükandan hazır alırlar. Yalan deməyəcəyəm, mən də bütün sadaladıqlarımı sifariş etdirmişəm. Amma hamısı evdə bişməlidir. Bu Novruzun əsas şərtidir. Tonqaldan da tullanmaq lazımdı. Bu il də 7 dəfə tonqaldan tullanmışam".

Sənətçi həmçinin açıqlamasında bu bayramın ona uşaqlığını, doğmalarını xatırlatdığını bildirib.

Mənbə: Big.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...