Brilliantdan dinini dəyişməsi xəbərinə REAKSİYA

Brilliantdan dinini dəyişməsi xəbərinə REAKSİYA

Xalq artisti Brilliant Dadaşova kilsədə çəkilən fotolarına münasibət bildirib.



Milad bayramı münasibətilə kilsədə keçirilən mərasimə qatılan müğənni bildirib ki, bütün dini məbədləri ziyarət edir:

"Hörmətli media nümayəndələri! İsa peyğəmbərə məhəbbəti mənə müqəddəs "Qurani Kərim"i əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman yanvarın 7-də İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm. Biz multikulturalizm ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib və fəxr edirəm ki, ölkəmizdə bütün dinlərə, mədəniyyətlərə dərin hörmət var.

Əgər qastrol səfərlərində müsəlman ölkəsindəyəmsə məscidlərə, xristian ölkəsindəyəmsə kilsələrə getmişəm. İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam. Hətta Hindistanda da dini məbədlərdə olmuşam. Eləcə də pasxa və milad bayramında kilsələrdə oluram. Kilsədə xorla dua etmə mərasimini zövqlə dinləyirəm. Hər zaman öz Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Çox təəssüf edirəm ki, bunu siz indi bilmisiniz. Diqqətiniz üçün minnətdaram".

Qeyd edək ki, xalq artistinin kilsəyə getməsi, dini ibadətdə iştirak etməsi onunu dinini dəyişməsi ilə bağlı rəylərə yol açmışdı.

Mövzuya aid fotolar:

Mənbə: Milli.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...