"Minnəti olsun ki, oğluma ərə gəlir" - Manaf Ağayev

"Minnəti olsun ki, oğluma ərə gəlir" - Manaf Ağayev

"Oğullarım ağıllı, səviyyəli, şəxsiyyətdir. Elçi getmək istəyəndə bilsəm, "yox" deyiləcək, o qapıya getmərəm. Onları heç kimin qarşısında alçaltmaram. Kiminsə minnəti olsun ki, oğluma ərə gəlir".



Bu sözləri müğənni Manaf Ağayev "Hər şey daxil" verilişində deyib.

İfaçı bildirib ki, ailə quran zaman maddiyyata önəm vermək lazımdır:

"Adam var ki, evlənir. Nə işi, nə də evi var. O zaman nə xoşbəxtlikdən söhbət gedə bilər?"

Qızı Səmayədən söz açan M.Ağayev toy ərəfəsində ona verdiyi cehizdən danışıb:

"Qızımın bütün cehizlərini verdim. Qarşılığında ona qızılını aldılar, bunlar təbii olan şeylərdir. Qız verib-alanda ailə ilə maraqlanmalısan. Evlənib, iki aydan sonra boşanırlar. Bunun səbəbi araşdırmamaqdan irəli gəlir. Ata-ananın yeni ailə quran ailədən ayrı olmağının tərəfdarıyam. Evin içində ev olmaz. Əgər ailədə bir oğlun varsa, hə, valideynlə qalsın. Gələcəkdə nəvəm olacaq, evimə qonaq gələcək. Evdə ara qarışacaq. Ona görə elə başdan onu ayrı evə köçürmək lazımdır. Övladlarımı evləndirmək istəyirəm, yaşım gedir. Belə getsə, özüm yenidən ailə həyatı quracam. Nəvə istəyirəm".

Müğənni həyat yoldaşına olan sevgisindən bəhs edib:

"Həyat yoldaşımla bir-birimizi dəlicəsinə sevib ailə qurmuşuq. İndi də elədir. Allaha and olsun ki, "Leyli və Məcnun" sevgisi bizim yanımızda yalan olub. Şükürlər olsun ki, seçimimdə yanılmamışam, çox xoşbəxtəm. İki-üç dəfə elçi getdik. Aranı qatanlar var idi. İndi onlar bu həyatda yoxdurlar. Nişan zamanı arada çaxnaşma düşdü. Allah ölənlərə rəhmət eləsin, atam kənddə çox sayılıb-seçilirdi. Özü kimi üç-dörd ağsaqqalla elçi getdi. Atama dedilər, yenə gəlin. Ondan sonra mənə dedi ki, "sənə demirəm, alma, ancaq qaçırt. Məni o qapıya bir də yollama". O da mənim kimi bicbala idi. Səhər saat 9-da həyat yoldaşımı qaçırdım".

Mənbə: axsam.az

Şərhlər 1

  1. rasim
    rasim - 29 noyabr 2016 19:16
    Sanda bir qot deyilsan
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...