Oksana Elşad Xose ilə barışıq xəbərindən danışdı

Oksana Elşad Xose ilə barışıq xəbərindən danışdı

Rəqqasə Oksana Rəsulova ayrıldığı keçmiş həyat yoldaşı, reper Elşod Xose (Əliyev) ilə yenidən bir araya gəlmələri barədə yayılan xəbərlərə aydınlıq gətirib.



Rəqqasə bildirib ki, 4 ilə yaxındır, Elşadla ayrılsa da onu çox istəyir: “Bir neçə gün öncə Elşad Xose öz “İnstagram” səhifəsində ikimizin şəklini paylaşmışdı. Bəzi saytlar o şəkli götürüb, “Onlar barışdılar” başlığı ilə yazı dərc etdi. Amma söz tapmıram cavab verməyə. Bəzən cavab vermək çətin olur, dil tutulur, ürək danışır. Amma əziz dostlar, jurnalistlər, sizə hörmətim böyükdür. Sadəcə bəzən insanı daxili ilə baş-başa buraxmaq yaxşı olar. Elşadla artıq 4 ildir ki, rəsmi ayrılmışıq. Amma uzaqdan-uzağa olsa da, bir-birimizdən sağlamlığımız, varlığımız, sənətimiz haqqında daim maraqlanırıq. Necə istəyirsiniz, elə də fikirləşə bilərsiniz. Və nə olsa belə, bir yerdə olsaq və ya olmasaq, küsüb, barışsaq da, Elşad mənim üçün doğma və əziz insandır. Hər zaman belə də qalacaq”.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...