“Səs Azərbaycan”ın qalibi müəyyənləşib

“Səs Azərbaycan”ın qalibi müəyyənləşib

AzTV-nin efirdə yayımlanan "Səs Azərbaycan" yarışmasının böyük final gecəsi keçirilib.



Mir.Az-ın məlumatına görə, yarışmada xalq artisti Faiq Ağayevin tələbəsi Hüseyn Abdullayev, Manana Çaparidzenin tələbəsi Səmra Rəhimli, əməkdar artist Tünzalə Ağayevanın yetirməsi Samirə Əfəndiyeva, xalq artisti Mübariz Tağıyevin komandasından Emiliya Yaqubova mübarizə aparıb.

Canlı yayımdakı çıxışların sonunda tamaşaçı səsverməsi nəticəsində ən az səs toplayan iştirakçı yarışmanı tərk edib. Üç finalçı hərəsi ayrı-ayrılıqda səhnədə yekun mahnılarını təqdim edib. Yarışmanın sonunda isə tamaşaçılar “Səs Azərbaycan”ın adına aydınlıq gətirib və 90 min 283 səslə Emiliya Yaqublu layihənin qalibi olub. Qeyd edək ki, mükafat məbləği 30 min manatdır.

Qalib iştirakçı təəssüratlarını tamaşaçıları ilə bölüşüb. O qeyd edib ki, layihədə iştirak etmək onun üçün böyük təcrübə olub: "Səs Azərbaycan" bizim üçün böyük səhnə oldu. Sənətinə böyük hörmətimiz olan insanlardan musiqinin sirlərini öyrəndik. Əlbəttə çox sevincliyəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Mənbə: apa
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...