"Puldan önəmli onun üzr istəməsidir" - əməkdar artist

"Puldan önəmli onun üzr istəməsidir" - əməkdar artist

Əməkdar artist Mehriban Xanlarova müğənni Kərim Abbasovla məhkəməsinin qərarının hələ də icra olunmamasının səbəbini açıqlayıb.



Aktrisa fevralın 22-dən sonra qərarla bağlı dəqiq məlumatın veriləcəyini deyib:

“Məhkəmə yanvarın 21-də olmuşdu. 1 ay keçdikdən sonra qərarın icrası təsdiqlənir. Ola bilsin ki, qarşı tərəf apellyasiya məhkəməsinə müraciət etdi. Əgər etməsə, mən üzr istəməsini tələb edəcəm. Eyni zamanda da təzminatı ödəyəcək. Mənim üçün puldan önəmli onun üzr istəməsidir”.

M.Xanlarova K.Abbasovun onu məhkəməyə verməsindən də danışıb:

“Onla bağlı hələ ki, heç bir məhkəməmiz olmayıb. Amma mən o insanı nə hədələmişəm, nə də təhqir etmişəm. Efirdə demişəm ki, “Elə açıqlama verəcəm ki, ölkədən gedəcək”. Nə bilirsən, mən nə açıqlama verəcəm? Bəlkə deyəcəm, “Cennifer Lopes səni klipinə çəkir, get ora”. Mənim heç kimlə davam yoxdur. Hətta hamı şahid oldu ki, Rəşad Dağlını da məhkəməyə vermədim. “Onu ailəsinə bağışlayıram” ifadəsi elə onun üçün bəsdir. Bu, onun üçün ölüm idi”.

“Son günlər haqqımda xəbər yayıldı ki, guya mən fahişə obrazını canlandırmaq istəyirəm. Mən demişdim ki, aktrisayam, ana rolunu da, fahişəni də canlandırmışam. Peşəmin tələb etdiyi hər bir obrazı canlandırmaq bacarığım var” deyə, M.Xanlarova əlavə edib.

Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı. M.Xanlarova onun şərəf və ləyaqətini alçatdığı üçün müğənni Kərim Abbasovu məhkəməyə verib. Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi. M.Xanlarova məhkəmədə qalib gəlmişdi. Qərara əsasən K.Abbasov aktrisadan üzr istəməli və min manat təzminat ödəməlidir.

Mənbə: axsam.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...