Mətanət Əsədova 21 yaşlı gənci həbs etdirir

Mətanət Əsədova 21 yaşlı gənci həbs etdirir

8 fevral tarixində tanınmış müğənni Mətanət Əsədova ilə 21 yaşlı gənc Elsevər Mürsəllinin məhkəmə prosesinin son iclası baş tutacaq. Müğənni gənc fəalı həbs etdirməkdə iddialıdır.



Onun dediyinə görə, buna səbəb Mətanəti təhqir etməsi olub: "Bildiyiniz kimi, bir neçə ay öncə "Space TV"də alim Əziz Musaoğlu Mətanətə "sən fahişəsən" demişdi. Mən də o kişinin sözünə istinadla status yazdım və bildirdim ki, mən həbsxanada olanda şahid olmuşdum ki, Mətanət bir dəfə də olsun bacısının yanına gəlməyib. Bu statusumu bir neçə sayt xəbərləşdirmişdi. Bundan sonra Mətanət Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənim barəmdə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanması və həbs edilməmi istədi. Prosesin hakimi Babək Pənahovdur".

EMürsəlli deyib ki, məhkəmə sisteminin ədalətinə inanır və Azərbaycanda söz, mətbuat, fikir azadlığı var: "Mən inanıram ki, məhkəmə ədalətli qərar verəcək. Sonuncu məhkəmə ayın 8-i saat 10:00-da Nəsimi Rayon Məhkəməsində olacaq. Mətanət məni, 21 yaşlı gənci, həbs etdirməkdə qərarlıdır. O əl çəkmir. Mənim də keçən "srok"dan üzərimdə rekizivit olduğu üçün mütləq həbs düsür. Mən sadəcə istinadla fikrimi bildirmişəm, əgər Mətanət ona "fahişə" deyən alimi cəzalandırmırsa, mən niyə həbs olunmalıyam? İnanıram ki, məhkəmə ədalətli qərar verəcək".

Xatırladaq ki, Mətanət Əsədova ona "fahişə" deyən Əziz Musaoğlunu məhkəməyə versə də, sonradan iddiasını geri götürüb.

Mənbə: news.milli.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...