Baloğlan Əşrəfovun ölüm xəbəri yayıldı

Baloğlan Əşrəfovun ölüm xəbəri yayıldı

Baloğlan Əşrəfov onu "öldürənlər"i məhkəməyə verəcək

Adı nəinki oxuculara, jurnalistlərə belə tanış olmayan saytlar əməkdar artist Baloğlan Əşrəfovun ölüm xəbərini yayıblar.

Mir.Az xəbər verir ki,əməkdar artist açıqlamasında, dünyasını dəyişməsi barədə xəbəri həmkarı Yusif Mustafayevdən eşitdiyini bildirdi:

"Maşallah sağ-salamat evimdə oturmuşam, ölüm xəbərimi yayırlar. Mənə də Yusif Mustafayev dedi, xəbərim yox idi. Yusif zəng vurub hal-əhval tutduqdan sonra dedi ki, məndən sənin ölüm xəbərini soruşurdular.

Belə olmaz axı! Başı batsın o xəbəri yazanın. Lənətə gəlsin onu. Bu insan kimdirsə düşmənçiliklə yayır bu xəbəri. Təxribatdı mənə qarşı. Başqa nə ola bilər ki? Mənim əzizlərim, doğmalarım eşidib narahat olurlar".

Əməkdar artisti "öldürənlər" məhkəmə qarşısında cavab verməli olacaqlar. Baloğlan Əşrəfov barəsində ölüm xəbərlərini yayanları məhkəməyə verməyi düşünür: "Hər kimdirsə, onu tapıb məhkəməyə verəcəm. Birinci hansı sayt, hansı jurnalist yazıb onu qanun yolu ilə cəzalandıraacam. Belə etməsəm, sabah bir başqası da istədiyini yazar".

Baloğlan Əşrəfovun bu zəngindən sonra internetdə axtarış verdikdə xəbəri ilk yayımlayan saytın əslində fəaliyyət göstərmədiyini gördük. Xəbəri həmin sayta istinadla verən digər saytı isə ilk dəfə idi açırdıq. Çox güman ki, məqsədləri məşhurların ölüm xəbərlərini yaymaqla özlərini tanıtmaqdır.

Mənbə: anspress

Şərhlər 1

  1. Ilyas  Elirzayev
    Ilyas Elirzayev - 22 iyun 2015 09:08
    dunenden Baloglan muellimin olum xeberi yayilir.cox sukur ki,sag salamatdir.Allah komeyi olsun.
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...