O qədər kasıblamışam ki... - Nadir Qafarzadə

O qədər kasıblamışam ki... - Nadir Qafarzadə
Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevincdən danışıb.

Ötən il evlilik ildönümündə xanımı üçün konsert verən sənətçi bu il imkansızlıqdan heç nə edə bilməyəcəyini deyib:
“O qədər kasıblamışam ki... İmkanlarım azalıb. Sorğu keçirsələr, dünyanın ən imkansız müğənnisi olaram. Bu il də xanımım üçün konsert vermək istəyirdim. Alınmır...”.
N.Qafarzadə xanımların avtomobil idarə etməsinə də münasibət bildirib:
“Xanımım maşın sürə bilir, amma etmir. Buna ehtiyacı yoxdur. Demişəm ki, harasa getmək istəsən, taksi və ya oğlanların aparar. Mənim fikrimcə xanımlar avtomobil sürə bilmir. Qorxa-qorxa etməkdənsə, lazım deyil. İnsan özünə güvənib, sonra sükan arxasına əyləşməlidir. Qəza halları yaradacaqsa, əsə-əsə dayanacaqsa, lazım deyil. Xanımımdan heç nə əsirgəmirəm. Onun yanında özümü mərd biri kimi hiss etmişəm. Deyəcəklər ki, Nadir yoldaşını reklam edir. Mən olanı deyirəm. Hamı bizdən örnək götürsün, mehriban olsun".
Müğənni bundan sonra klip çəkdirməyəcəyini də bildirib:

“Heç kim məndən klip gözləməsin. Onu çəkdirib, harada yayımlayacam? Bunla bağlı telekanallarımız yoxdur. Niyə artıq xərc çəkim ki? Son günlər müdrikləşmişəm. Pulu boş yerə xərcləmirəm. Yığımcıl olmuşam. Bir ara qazandığımı hamıyla bölüşürdüm. Hamı gəlib, məndən pul istəyirdi. Telefon nömrələrimi dəyişdim. Mən ağılsız deyiləm. Sadəcə, ürəyiaçıq idim”.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...