MTRŞ Zaur Baxşəliyevin məsələsini müzakirə edəcək

MTRŞ Zaur Baxşəliyevin məsələsini müzakirə edəcək Milli Televiziya və Radio Şurası (MTRŞ) “Ümid var” verilişində Ağcabədidən olan kişinin arvadının intim görüntülərini çəkərək verilişə göndərməsini müzakirə edəcək.

Bu barədə Lent.az-a MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, MTRŞ-nın bu tip verilişlərə qarşı mövqeyi çox kəskindir: "Çox təəssüf ki, televiziya kanalları müəyyən problemli insanların qüsurları üzərində şou yaradırlar. Bu da qəbul edilən deyil. Ümumiyyətlə, xəyanət mövzusu şou-biznes üçün gəlirli bir mövzuya çevrilib. Bunun üzərində telekanalların verilişlər yaratmağı, şou düzəltmələri düz deyil. Telekanallar bu cür verilişlərlə insanların heysiyyatına toxunmamalıdırlar”.

N. Məhərrəmli bildirib ki, qanunvericiliyə əsasən, bu cür hallarda görüntülərdə qanuna zidd hər hansı hərəkət yoxdursa, buna qarşı müzakirə açıla bilməz. Amma milli-mənəvi dəyərlər məsələsini əsas gətirərək, Şura bu məsələni müzakirə edəcək: “Verilişdə baş verən halla bağlı artıq mənə məlumat verilib. Bu məsələni araşdıracağıq. Bundan sonra ona uyğun qərar veriləcək”.

Qeyd edək ki, ATV telekanalında yayımlanan “Ümid var” verilişi Ağcabədi rayonunda aksiyaya səbəb olub. Azxeber.com xəbər verir ki, verilişin ötən gün yayımlanan bölümündə həyat yoldaşının başqa kişi ilə olan intim münasibətini videoya çəkib ATV-yə göndərən əslən Ağcabədidən olan kişi yardım istəyib. Belə ki, kişi arvadının onu aldatdığı anları videoya çəkib. Daha sonra isə o “Ümid var” verilişindən ona kömək etmələrini istəyib.

Veriliş zamanı studiyada əyləşən ekspertlər kişinin həyat yoldaşı olan qadını sərt tənqid edərək, onun “sevgilisi”nin də qanun qarşısında cavab verməli olduğunu bildiriblər.

Aparıcı Zaur Baxşəliyev da qadını sərt tənqid edib. Dünən isə Ağcabədidə bir qrup şəxs bu görüntülərin efirə verilməsi və nəticə olaraq ağcabədililərin aşağılanmasına etiraz ediblər. Efirdə yayımlananlara etiraz etdiklərini bildirən sakinlər, aparıcının ağcabədilərdən üzr istəməsini tələb ediblər və bu cür görüntülərin efirə verilməsinə etiraz ediblər. İcra hakimiyyətindən sakinlərə bildirilib ki, onların etirazı lazımi instansiyalara çatdırılacaq.

Mənbə: Mir.Az

Şərhlər 3

  1. taleh
    taleh - 19 mart 2017 21:46
    zaur getsin oz qəhbə arvadini yigisdirsin nə zibildir o qadindir ki tupurum onun qəhbə sifətinə qəhbə. qəhbə qəhbə qqəhbə ozunu zaura soxan qəhbə
  2. Mako
    Mako - 3 noyabr 2016 13:50
    Kısı olmayan
  3. seher
    seher - 12 oktyabr 2016 12:07
    ineylemelidi Cinayeti kisi edib cekilis elde edib getirib Televiziyanin boyuyu var
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...