Zəhraya görə tənqid olunan Vüsalə Əlizadədən şok sözlər: "Gücünüz çatır məmur uşaqlarına ilişin" - FOTO

Zəhraya görə tənqid olunan Vüsalə Əlizadədən şok sözlər: "Gücünüz çatır məmur uşaqlarına ilişin" - FOTO

Aparıcı Vüsalə Əlizadə sosial mediada yazılan təhqirlərə cavab verib.



Ötən gün şəhid olan 2 yaşlı Zəhra haqqında paylaşım etmədiyinə görə Vüsalə Əlizadənin və bir çox məşhurlar izləyiciləri tərəfindən tənqidə məruz qalıb. Bu gün buna cavab olaraq məşhur aparıcı öz "İnstagram" səhifəsində foto paylaşaraq bu hadisəyə biganə qalmağın yanlış olduğunu söyləyib:

"Allah rəhmət eləsin. Bu hadisəyə üzülməmək yanlışlıq olar, mən necə həssas insanam, necə anayam, necə vətənpərvərəm, özüm bilirəm, Allahım bilir, ailəm, mənə yaxın olan insanlar bilir. Bu mənə kifayətdir! Bəzi səviyyəsiz alçaqlar meənə ağıl öyrətməsin! Biz də insanıq ailəmiz də, sağlığımız da problem ola bilər! Dünən mən səhər saatlarında şəkil paylaşanda heç nədən xəbərim yox idi, axşam saatlarında bilmişəm, şərəfsizcəsinə pul qazanan kişilikdən xəbəri olmayan bəzi saytlar.

Bizə erməni lazım deyil, sizin kimi alçaqlar var, bəsdir❗ Gücünüz çatır gedin məmur ailələrinin öz səhifələrinə, uşaqlarının səhifələrinə, rəsmi səhifələrə ilişin, heç biri paylaşım etməyib, onlar daha çox rahat həyat yaşayır, biz də sizin kimi qəpik-quruş qazanıb, daşdan pul çıxarırıq. Ailə, uşaq saxlayırıq, sağlamlığımızla əlləşirik, nə gözünüzə girmişik, başınıza daş salmışıq? Vüsalə xəstə uşaqlara dəstək olanda, balasının boğazından kəsib tək qadın canıyla köməklik edəndə, kimsə demir halal olsun, Neft Akademiyasında olanlar, yanan bina, Xəzər dənizində olan faciələr heç kimin yadına düşməyəndə Vüsalə paylaşım edib insanlara xatırladır, onda kor gözünüz görmür! Mənim də ailəmdə problem olub, instaqramda yatmalı deyiləm! Allahım şahiddir ki, dünən axşam bu xəbəri eşidib balamı qucaqlayıb nə qədər ağlamışam, çünki, o ananın yerinə sabah mən də, siz də ola bilərsiniz, Allah qorusun. O ailənin dərdi, hamımızın dərdidir! İçimizdən özümüzü az yeyin, ay murdarlar❗"

Mövzuya aid fotolar:

Mənbə: sonxeber.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...