Özcan Denizdən azərbaycanlılara cavab: "Aranızda çox cahil və kor kimi baxan insanlar var"

Özcan Denizdən azərbaycanlılara cavab: "Aranızda çox cahil və kor kimi baxan insanlar var"

Türkiyənin tanınmış müğənnisi və aktyoru Özcan Deniz oxuduğu erməni mahnısı azərbaycanlıların verdiyi reaksiyaya münasibət bildirib.



Müğənni bu barədə "Instagram" hesabında yazıb:

"Mənim bir tərəfim musiqiçidir və heç bir millətin mahnısına düşmən ola bilmərəm. Radioda təsadüfən dinlədiyimiz mahnını hansı dildə olduğunu düşünmədən komandamla birgə ifa edib əyləndik və həmin anları sizinlə paylaşdıq. Çox sonra gələn mesajlardan erməni mahnısı olduğunu öyrəndim və sizin bu mövzudakı həssaslığınızı bildiyim üçün də videonu götürdüm. Biz yunanlarla belə mahnılarımızı bölüşürük. Bizim mədəniyyətimizdə mahnılara qarşı düşmənçilik yoxdur. Mənim ölkəmdə çoxlu sayda erməni olan vətəndaşımız varkən sizin kimi düşünə bilmərəm və düşünmərəm. Biz hamımız bu ölkədə türk vətəndaşı olaraq yaşayırıq. Sənətə, mahnılara, melodiyalara, mədəniyyətlərə düşmənçilik olmaz. Siyasətə qarşı düşmənçilik olar. Mən də nə siyasətçiyəm, nə də siyasi mövqeyi olan sənətçi. Sadəcə azərbaycanlı qardaşlarımızı bu haqlı qəzəblərindən dolayı anlayıram və də həssaslıq göstərirəm. Mən oraya pul qazanmaq üçün konsert və ya film gətirmirəm. Oradakı azərbaycanlı dostlarımızla bərabər türk filmləri ilə sizləri yaxınlaşdırmağa, sosial həyatınızı canlandırmağa çalışıram. Göstərdiyim səylərin xərclərimizin ödənməsindən başqa bir qarşılığı yoxdur. Mən dünyaya türk, kürd, laz, erməni, azərbaycanlı, ərəb, yunan, ingilis deyə baxmaram. Əgər baxsam sənətçi ola bilmərəm. İnsan kimi baxaram və insanlar arasında ayrıseçkilik salan siyasəti də əsla sevmərəm. Aranızda çox cahil və kor kimi baxan insanlar var, bizdə olduğu kimi. Onların təsiri altında olan bir cəmiyyət olmamağımızı istəyirəm. Sizləri sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Sizdən bir çıxarım yoxdur, amma bilin ki, mənim can qardaşımsınız. Biz eyni millətin və eyni torpağın övladlarıyıq".

Qeyd edək ki, o, bir müddət öncə erməni dilində mahnı oxumuş və bunu sosial şəbəkə hesabında paylaşmışdı.

Mənbə: qaynarinfo.az

Şərhlər 2

  1. K
    K - 18 may 2017 12:30
    Biliyormusunu bunun kanida ermeni ondan oyle
  2. g
    g - 17 may 2017 18:55
    Bizim düşmanimizin mahnisin oxuduqu bəs deyil bizim millətə kor cahil deyir.Bir Azərbaycanin qeyrətli oqlu çixib niyə cavabin vermir bu alçaqin.utanmir hələ yaltaqliq edib özün şirin satir.
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...