Kamil Zeynallı təhqir etdiyi xanımdan üzr istəyəcək - Jurnalist məhkəmədə qalib gəldi

Kamil Zeynallı təhqir etdiyi xanımdan üzr istəyəcək - Jurnalist məhkəmədə qalib gəldi

İdmançı Kamil Zeynallı və jurnalist Əfruzə Ağayeva arasındakı məhkəmə prosesi başa çatıb.



Ə.Ağayevanın qarşı tərəflə bağlı tələbi qismən təmin olunub.

Belə ki, K.Zeynallı jurnalistin ünvanına yazdığı təhqirlərə görə İnstaqram səhifəsində, müsahibələrdə üzr istəyəcək.

Ə.Ağayeva bildirib ki, hələ də qərarla tam razılaşmır:

"Demişdim, Kamil Zeynallı, sonda üzr istəyəcəksən, vəssalam. Ancaq qərarla tam razı deyiləm, yenidən Appelasiya məhkəməsinə müraciət edəcəm. Çünki hakim Kamil Zeynallı üzr istədikdən sonra mənim də çalışdığım saytda aparıcı Şəbnəm Həsənovanın yazısına görə təkzib verməyimi istəyib. Amma mən bunu etməyəcəm. Çünki yalan yazmamışam. Adam nə vaxt təkzib verər? Yalan yazı yazanda. Şəbnəm xanım etiraf edib və səs yazısı da var. Orada deyir ki, Kamilin mənə söydükləri nəslindəki xanımlara getsin"

Məsələ ilə bağlı hüquqşünas Vüqar Səfərli də məlumat verib:

"Bu gün Bakı şəhəri Xətai rayon mehkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə məhkəmə prosesi baş tutdu. Məhkəmədə Əfruzə Ağayevanın Kamil Zeynallıya qarşı "Şərəf və ləyaqəti, isgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" iddiasına baxıldı. Məhkəmə Əfruzə xanımın iddia tələbini qismən təmin etdi. Kamil Zeynallı jurnalistdən dediyi söyüşlərə görə üzr istəyəcək. Əfruzə Ağayevanın iddia tələbinin qalan hissəsində, yəni 50.000 manat dəymiş mənəvi zərərin ödənilməsi prosesi rədd edilib. Eyni zamanda Kamil Zeynallının tələb etdiyi Əfruzə Ağayevanın aparıcı Şəbnəm Hüseynovanın "Kamilin mənə söydüyü söyüşlər onun nəslindəki xanımlara getsin" başlıqlı xəbərini təkzib olunması iddiası təmin edilib. Kamil Zeynallının jurnalistdən 100 min manat tələb etməsi iddiası da rədd edilib".

K.Zeynallı məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini yazıb:

"Bu gün mənə qarşı açılan məhkəmə yekunlaşdı, qərar verildi: Kamil Zeynallı heç bir təzminat ödəməyəck. Qarşı tərəf Kamil Zeynallıdan üzr istəyəcək, Kamildə qarşı tərəfdən... Hara kimi lazımdırsa, gedəcəm... 50 min, yox bir 50 qəpik".

Mənbə: azxeber.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...