“O səs Türkiyə”dəki azərbaycanlılardan VİDEOMÜRACİƏT: “Bizi də...”

“O səs Türkiyə”dəki azərbaycanlılardan VİDEOMÜRACİƏT: “Bizi də...”

“O səs Türkiyə”də iştirakını davam etdirən azərbaycanlı iştirakçılar sosial şəbəkə vasitəsilə son vaxtlarda müsabiqə ətrafında gedən söz-söhbətlərlə bağlı hər kəsə müraciət ünvanlayıb.



Məlahətli səsi və “Sarı gəlin” mahnısı ilə türk xalqını özünə heyran qoyan Mehman Tağıyev və “Gecələr” mahnısı ilə tamaşaçıların alqışını toplayan Pərvaz İbrahimli müsabiqədən kənarlaşdırılan iştirakçıların qərəzli çıxışlarını mənfi qiymətlədirib: “Hər kəsi salamlayırıq. Bu videonu çəkməkdə məqsədimiz Azərbaycanda son günlər müsabiqə ilə bağlı yayılan səs-küylü xəbərlərə aydınlıq gətirməkdir. Azərbaycanlıların müsabiqədə sıxışdırıldığı, təhqir edildiyi, qəsdən bir qrupa salındığı qeyd olunub. Bu, bir yarışmadır. Burada heç kim, heç kimi sıxışdırmır. Layihə əməkdaşlarının əməyini yerə salmaq lazım deyil. Növbəti mərhələyə seçilməyən azərbaycanlı iştirakçılar dəyərli səslər idilər, biz buna təəssüf edirik. Biz 6 nəfər seçim üçün çıxanda 4 türkü uzaqlaşdırıb, iki azərbaycanlını saxladılar. Bizim ikimizi seçdilər, hazırda hər şey əladır. Rəy bildirərkən bizi də düşünün. Biz sizin də adınızdan buradayıq. Bildirmək istəyirik ki, yarışmada bizə qarşı planlaşdırılmış və ya hansı sıxışdırılma yoxdur. Bizə dəstək olduğunuz üçün təşəkkür edirik”.
Pərvaz İbrahimli və Mehman Tağıyev Sibel Canın komandasında mübarizə aparacaq.
Reklamları Keç » » » »
Hazırlanır zəhmət olmasa gözləyin.

Mənbə: Publika.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent

Son Xəbərlər

Gözləyin...