Azərbaycanlılar evlilik verilişindən nə qazanırlar? - Fantastik qiymətlər - FOTO

Azərbaycanlılar evlilik verilişindən nə qazanırlar? - Fantastik qiymətlər - FOTO

Türkiyənin məşhur evlilik proqramları hər zaman müzakirə olunur. Bu cür proqramlar reytinqdə ön sırada olmaqla yanaşı, böyük qalmaqallarla da tez-tez gündəmə gəlirlər.



İzdivac verilişlərində ən çox müzakirə olunan məsələ isə iştirakçıların tamaşaçının inandığı kimi yox, əslində ssenariyə uyğun olaraq özünü aparmasıdır. Demək olar ki, hər həftə Türkiyədə bu tipli verilişlərə azərbaycanlılar da qatılırlar. Artıq elə bir izdivac proqramı yoxdur ki, orada türklərlə yanaşı, azərbaycanlı namizədlər də oturmasınlar.

Maraqlıdır ki, Türkiyə mətbuatının apardığı araşdırmaya əsasən, namizədlər Zühal Topal və ya Esra Erolun proqramlarına təkcə məşhurluğa görə yox, məhz həftəlik maaş müqabilində qatılırlar.

Ən çox Zühal Topalın aparıcılıq etdiyi proqramda bu cür halların baş verdiyi qeyd edilib.

Sözügedən proqramdan çıxan şəxslər dəfələrlə mətbuata açıqlama verərək verilişin saxta olduğunu, iştirakçıların model agentliklərindən seçildiyini bildiriblər.

Bundan əlavə, müqavilə şərtləri isə namizədlərin istəyinə uyğun seçilir. Belə ki, onlar arasında sürücü istəyən, ayda bir dəfə başqa ölkəyə istirahətə getmək eşqinə düşən, gündəlik benzin xərci tələb edənlər var. Həftəlik ödənişlər isə tanınmış və qalmaqallı iştirakçılara görə dəyişir. Məsələn, bir neçə evlilik verilişinə transfer olan Hanifə adlı gəlin namizədi həftəlik 5 min TL qazanır.

Təkcə bəy-gəlin namizədlərinə yox, efirdə şərh bildirən şəxslərə də pul verilir. Onlar
gündəlik 50-200 türk lirəsi dəyərində qonorar alırlar. İştirakçıların aldığı maaş 3500-9000 arası dəyişir.

İzdivac verilişində azərbaycanlı gəlin namizədi Naz Milana isə kifayət qədər qalmaqallı və verilişin əsas qəhrəmanlarından biridir. Onun verilişdə göstərdiyi "şou"lardan hər kəs məlumatlıdır. Hətta bahalı gəlin namizədi digər evlilik verilişlərinin diqqətində olub. Naz bir neçə verilişə transfer olsa da, onun son dayanacağı Zühalın proqramıdır.

Bundan əvvəl dəfələrlə verilişdə azərbaycanlı modellər də iştirak ediblər. Onlardan Fatimə, Esmiranı, Əli Əkbəri misal çəkə bilərik. Onların izdivac verilişinə model agentlikləri vasitəsilə qatılması və qonorar alması istisna edilmir.

Mövzuya aid fotolar:

Mənbə: milli.az

Şərhlər 1

  1. ANAR_D.M.X
    ANAR_D.M.X - 22 iyun 2017 23:20
    MEN BURDA AZERBAYCANDA TURKUYEDE ISDIRAK ELIYENE DEMEKE ISDIYIREM KI SEN AZERBAYCANLISAN SEN ORDA KISI QADIN OZUNUZU NE UZRE CIXIRSINIZSA ONU YADINIZDA SAGLIYIN KI MEN HARDAN GELMISEM VE MENIM ARXAMDA QOYDUXUM TANISDARIM MENE BAXIR VE ONLARA MEN MERFEZLIK ELEMIYIM MEN KI VAGD GELER PIS VEZIYETE DUSEREM SONRA O ADAMLARA MEN SALAM VERSEM MENIM SALAMI ALARLARMI ONUDA FIKIRLESIN KIM OLURSUNUZSA OLUN GOYDE ALLAH YERDE BIZ DUZDUR BU HEYATDA INSANLAR BIR DEFE GELIRLER SEN MESURDA OLSANDA CALIS KI SENIN QANIN AZERBAYCAN QANI AXIR VE OZDERINE HORMET QOYSUNLAR KI SENIN QOYDUXUN GEDDIYIN AYLEN VAR SEN CALISMALISAN KI SEN AYLENIN BASINI YUKSEK TUTMALISAN KI AYLENDE SENI UCUN AZERBAYCANDA COLE CIXANDA DESINLER KI BU FILANKESIN AYLESI DEYILMI VE AYLESINLE SEKIL CEKSINLER VE AYLESI SEVINSINLER KI MENIM BALAM GEDIB MESUR OLUBLAR ONDA HEC OLMASA BU SOZDERI YAXSI QULAXASINLAR
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...