Kardaşyanı qarət edənlər tutuldular - FOTO

Kardaşyanı qarət edənlər tutuldular - FOTO

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan Kim Kardaşyanın Fransanın paytaxtı Parisdə qarət olunması ilə bağlı 17 nəfər həbs olunub.



Onların arasında 3 qadın var. Həmin qadınlar 36 yaşlı Kardaşyan Parisin 9-cu dairəsindəki "Du Purtule" vip-otelində olarkən ermənini izləyiblər və Kardaşyan otelə qayıdanda nömrədə olan oğrulara siqnal veriblər.

Quldurların kimliyi açıqlanmayıb. Lakin ilkin məlumatlara görə, onların ikisi Fransa polisinə fırıldaqçı almaz dilerləri kimi "tanış"dır.

Ötən ilin oktyabrın 2-dən 3-nə keçən gecə quldurlar Parisdə Kim Kardaşyanın qaldığı otelə soxularaq ermənini saatlarla girov saxlamışdılar. Kardaşyanın 10 milyon avroluq zinət əşyaları oğurlanıb.

Fransa polisi dünən ölkənin müxtəlif yerlərində genişmiqyaslı əməliyyat keçirib. Sənədlər, pullar götürülüb. Parisdəki evlərdə və zərgərlik dükanlarında da axtarışlar aparılır.

Polisdən verilən məlumata görə, quldurların izinə hadisə yerində qalmış DNT qalıqları vasitəsiə düşüblər. Belə ki, quldurların DNT izləri Kim Kardaşyanın ağzına vurulmuş skotç lentində və oğrulardan birinin küçədə yerə saldığı boyunbağıda qalıb. DNT Fransada məşhur kriminal bosslardan birinə məxsusdur.

Le Point bildirir ki, qarətin təşkilatçısı 72 yaşdadır. Tutulan 3 qadın isə qaraçılardır.

Oğurlanmış zinət əşyalarının Belçikanın Antverpen şəhərinə göndərildiyi deyilir.

Tutulanlar arasında Kim Kardaşyanın 27 yaşlı sürücüsü də var. Kardaşyan hər dəfə Parisə gələndə bu sürücünün xidmətlərindən yararlanırdı.

Quldur dəstəsinin başçısı, 72 yaşlı Pyer B. Fransanın cənubundakı Qrass vilayətində, Plaskasye kəndindəki malikanəsində yaxalanıb.

Əslən Əlcəzairin Kabiliya bölgəsindən olan 39 yaşlı Əbdülrəhman isə Kardaşyanın qaldığı oteldə konsyerj işləyib.

Mövzuya aid fotolar:

Mənbə: Mybaku.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...