Dilarə uğurla çıxış edib (VİDEO)

Dilarə uğurla çıxış edib (VİDEO) “Eurovision 2014” təmsilçimiz “Start a fire” mahnısını təqdim edib. Bu gün Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision 2014” mahnı müsabiqəsinin final mərhələsi keçirilir.

Mir.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, azərbaycanın “Eurovision 2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova yarışmanın final mərhələsində üçüncü nömrə altında uğurla çıxış edib.

Dilarə Kazımova isveçli Stefan Örnün bəstələdiyi “Start a fire” mahnısını təqdim edib.
Təmsilçimizin şousunda təmiz, ülvi hiss olan sevgidə baş verən dəyişikliklər səhnə performansındakı qapalı qutuda təcəssüm olunur, insanlar bir-birinə, ətrafındakılara qarşı daha duyğulu olmağa çağırılır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır.

Qeyd edək ki, finalda iştirak edən 26 ölkənin səhnəyə çıxma ardıcıllığı belədir: Ukrayna, Belarus, azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Çernoqoriya, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Hollandiya, San-Marino və Böyük Britaniya.

Mənbə: / WseMir.CoM
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...