60 saniyəlik sağlamlıq testi: Sizə yalnız çay qaşığı lazım olacaq

 60 saniyəlik sağlamlıq testi: Sizə yalnız çay qaşığı lazım olacaq

Yalnız çay qaşığı ilə həyata keçirdiyiniz kiçik testlə daxili orqanların vəziyyəti və hansı xəstəliklər olduğunu öyrənə bilərsiniz.



Bunun üçün sizə plastik paket və çay qaşığı lazım olacaq. Test sayəsində siz hormonlar və maddələr mübadiləsinin vəziyyətini, böyrək və tənəffüs sistemində, bağırsaqlarda, eləcə də dişlərdə nə kimi problemlər olduğunu yoxlaya bilərsiniz.

İlk növbədə təmiz yuyulmuş çay qaşığını tərsinə olmaq şərti ilə (şəkildəki kimi) mümkün qədər boğaza yaxın qoyun və dilin səthini təmizləyin. Daha sonra qaşığı paketə qoyub onu 60 saniyə gün işığında saxlayın. Güclü işıq lampaları bakteriyaların inkişafına imkan yaradır, bu isə o deməkdir ki, işıq nə qədər yaxşı olsa, nəticə o qədər düzgün olacaq.

Sağlam insanın dilinin səthindən alınmış tüpürcək təmiz olacaq. Əgər qaşıqda qəribə rəng və ya iy varsa, bu ya tənəffüs yolları, ya böyrək, ya bağırsaq, ya da hormonlarda bəzi problemlərin olduğunun əlaməti ola bilər. Əgər siz belə nəticə əldə etmisinizsə, onda problemin nə olduğunu dəqiq müəyyənləşdirmək üçün dərhal həkimə gedin.

Bundan başqa, həmin maye ilə ağzınızdan gələn pis qoxunun səbəbini də müəyyən edə bilərsiniz. Sadəcə, tüpürcəyini iyləyin. Əgər ammonyakı xatırladan iyi hiss etsəniz, ola bilsin ki, böyrəyinizdə problem var. Əgər iy sizə hansısa meyvəni xatırladırsa, onda bu, maddələr mübadiləsinin pozulmasından danışa bilər.

Hansı nəticə əldə etməyinizdən, asılı olmayaraq təşvişə düşməyə ehtiyac yoxdur. Xoşagəlməz qoxu heç də həmişə daxili orqanlarda ciddi xəstəliklərin əlaməti deyil. Bu, həm də diş və diş əti problemlərinin əlaməti ola bilər.

Mənbə: publika.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...