Dilini göstər, deyim haran xəstədir...

Dilini göstər, deyim haran xəstədir...

Dil daxili orqanların güzgüsüdür. Dil insan sağlamlığının vəziyyətinin göstəricisidir. O, bütün orqanların vəziyyətini əks etdirə bilir.



Sağlam insanlarda dilin rəngi açıq çəhrayı, zədəsiz, çapıqsız, iltihabsız olur. Məsələn, dilinin ucunda qızartı ürəkdə, qəhvəyi ləkə həzmdə problem olmasına işarədir. Xəstəliyi vaxtında aşkar etmək üçün diaqnoz qoyulmalıdır. Dili yoxladıqda nəyə diqqət edilməlidir?

Dilin üzərində qızartılara;

Dilin rənginə;

Dilin hərəkətliliyinə;

Forma və səthinə;

Dilin üzərindəki zədələrə, iltihablara və s.

Bu əlamətlər dilin arxasında varsa, həzm pozğunluğunun, dilin ucunda ürəkdən, dilin ucunun sol tərəfində ağciyərin sol payından, sağ tərəfdəki ağciyərin sağ payından, arxa hissənin sol tərəfi böyrək probleminin əlamətidir.

Dilin ortasında qırmızı ləkə yaranıbsa, bu, tənəffüs yollarının problemi ola bilər. Tünd qırmızı ləkə qaraciyərin pis işləməsindən və toksinlərdən xəbər verir. Yay ayında tünd ləkə qanda durğunluğun əlamətidir. Dilin ucunda qırmızı ləkə ürəyin yaxşı işləməməsindən xəbər verir. Qəhvəyi rəng həzm, boz rəng qanda dəmir çatışmazlığı əlamətidir. Dilin ağarmış vəziyyəti anemiya, xroniki yorğunluq, qastrit zamanı yüksək qıcqırmada isə dilin üstündə ərp ağarır və dilin ölçüsü də böyümüş olur. Ərpin sarı rəng olması mədəaltı vəzdə və qaraciyərdə problemin əlamətidir. Dil boyunca qeyri-müntəzəm zolağ görünürsə, bu, bel sümüyüylə bağlı problemlərdən xəbər verir.

Şişmiş dil qalxanabənzər vəzinin funksiyasının pozulması ilə bağlı problemlərdən xəbər verir. Dilin arxa tərəfi çox şişibsə, ürək çatışmazlığının əlamətidi. Dilin üzərində çox zədələr varsa, bu, mədəaltı vəzin və böyrəklərin funksiyasının pozulmasının əlamətidir. Bunlar bizim sizə yönəltiyimiz ümumi anlizlərdir. Dəqiq diaqnozu yalnız ixtisaslı mütəxəssis qoya bilər. Ona görə də dildə bir dəyişiklik gördükdə peşəkar həkimə məsləhətləşməyi tövsiyyə edirik.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...