Zob xəstəliyi təhdid olmağa davam edir

Zob xəstəliyi təhdid olmağa davam edir
Son zamanlar insanlar arasında geniş yayılan, el arasında “zob” adı ilə tanınan xəstəlikdən bir çoxumuzun xəbəri var. Boğazın bəzi hissələrində meydana gələn və müxtəlif ölçülərlə müşayiət olunan düyünlərin əmələ gəlməsinin əsas səbəbi, qəbul edilən qida və suda yodun azlığı ilə əlaqədar olur. Çünkü yod çatışmazlığı zamanı lazımi miqdarda tireoid hormonları hasil olunmur və orqanizimdə həmin hormonları təmin etmək üçün əlavə yoda ehtiyac yaranır.

“Bu zaman xəstələrdə ürək döyünmələri, əsəbilik, hərarət basma, əsəbilik, saç tökülməsi, dırnaq tökülməsi, hər şeyə qıcıq olma, çox qida qəbul edilməsinə baxmayaraq get-gedə arıqlamalar baş verir. Bu zaman hormonlar araşdırılır və əgər treoid vəzinin hiper funksiyası normadan artıq fəaliyyəti normadan artıq baş versə, bu zaman buna müalicə və əgər düyün varsa cərrahiyə əməliyyatı və ya bobsiya məsləhət görülür” – deyə Endokrinoloq Səbinə Cəfərova bildirir.

Həkimlər bu xəstəliyin, müəyyən ərazidən və insandan aslı olaraq, özünü müxtəlif formada biruzə verdiyini deyir. Qalxanvari vəzin kistası həm anadangəlmə, həm də qazanılmış ola bilər. Bu vəzin böyüməsi, onda əmələ gələn kistalar, yəni içi maye ilə dolu kiçik qabarcıqlar, adətən heç bir narahatlığa səbəb olmur, lakin kistanın irinlənməsi hərarət və boğazın ön səthində ağrılara səbəb olur. Bu da zaman keçdikcə, bəd xassəli şişə çevrilmə ehtimalını artırır.

“İnsanlar arasında belə bir psixologiya var ki, əgər düyün varsa kəsək götürək. Bu tamamilə yalnış fikirdi, heç məsləhət görmürük. Düyünlərin əksəriyyəti – 80-85 faizi xoş xassəli olur, düyünlərin aparılması, araşdırılması müəyyən qaydalarla müəyyən olur. Mütləq biobsiya və biobsiyada gələn bəd xassəli düyün əməliyyat oluna bilər. Xoş xassəli düyün 4 santimi keçəndə əməliyyat məsləhət görürük. O müddətlər ərzində qanda da dəyişiklik yoxdursa, o şişlər nəzarətdə saxlanılır” – deyə Səbinə Cəfərova əlavə edir.

Ur xəstəliyi, kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir. Bu da qadın orqanizminin cinsi yetkinləşmə, hamiləlik və uşaq əmizdirmə dövründə qalxanvari vəzin hormonlarına daha yüksək tələbatı ilə əlaqədardır.Organizmə daxil olan toksiki maddələr, tərkibində yod olan məhsullardan kifayət qədər istifadə olunmaması, irsiyyət amili qalxanvari vəzin fəalığını azaldır. Xəstəliyin ilk əlamətini hiss etdikdə həkimə müraciət etsəniz, tərkibi yodlaşdırılmış olan məhsullardan istifadə etsəniz bu bəladan yaxa qurtarmış olarsız.

Mənbə: Mir.Az
+12

Şərhlər 9

  1. Aygün
    Aygün - 22 may 2016 23:38
    Mende zob var üreyim döyünür nefes ala bilmirem boğuluram özümden Aslı deyil nervilenirem.L-trokin içirem hekimim bunu yazıb.qorxuludumu men ağrıyanda çox qorxuram.

    Sitat: Aygün
    Mende zob var üreyim döyünür nefes ala bilmirem boğuluram özümden Aslı deyil nervilenirem.L-troksin içirem hekimim bunu yazıb.qorxuludumu men ağrıyanda çox qorxuram.
  2. Ferahim.
    Ferahim. - 12 may 2016 22:54
    Kimin balaca duyunu var arxayin olmasin mualice alin...sonu xerceng olur.
  3. Haciyeva Nazile
    Haciyeva Nazile - 6 aprel 2016 21:57
    Mende de zob var. Duyunlu deyil qalxanvari vezidir. qorxulu neticesi varmi.
  4. famil
    famil - 30 mart 2016 15:04
    lenkaran
  5. aylin
    aylin - 15 fevral 2016 14:31
    3cu dereceli zob nedir?
  6. Revane
    Revane - 11 fevral 2016 00:56
    Menim zobum qariwiq duyunludu

    Mualicenin xeyri olar?
  7. Seva
    Seva - 21 noyabr 2015 19:53
    salam

    dúyún zoda olur yz qaavari vezdde xahiş edirem avablandirasiz

    hekim deyi qalxanvari vezdedir dűyű ama diaqnoz dűyűlű zob 1-derece
  8. elis
    elis - 2 oktyabr 2015 22:32
    Mesajınızzobun olcusu ne qedet olsa emeliyyatliqdir
  9. XANIM
    XANIM - 31 may 2015 20:14
    MENIM ZOBUM DUYUMLU ZOBDUR
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent