Sabahdan bunları nəzərə almasanız,səhhətinizdə problem artacaq!

Sabahdan bunları nəzərə almasanız,səhhətinizdə problem artacaq!
“Bütün günü masa arxasındayam və kilo alıram” deyirsiniz? -Bunun qarşısını almaq əslində çox asandır.

Hər birimizin iş rejimi və qaydaları bir-birindən çox fərqlidir. Adətən iş yerində nahar fasiləsində qəbul etdiyimiz qidalar da ev şəraitində olduğundan qat-qat fərqlidir. Həmçinin iş yerində olan gərginlik də böyük rol oynayır.Bütün sadaladığımız maneələr maddələr mübadiləsinə də təsir göstərir.

Ofis şəraitində ən çox rastlanılan qidalanma problemləri:

• Bu barədə rastlanılan ən böyük problem işə gecikməmək üçün evdən səhər yeməyini yeməyib çıxmaq. Bu zaman günə enerjisiz başlayarsınız və gün içərisində qanda şəkər azalar və bunun nəticəsində də digər yemək saatlarında normadan artıq yemək yeyərsiniz.
• İşlərin uzanması və ya axsaması səbəbindən naharın gecikməsi. Yenə eyni problem , bu da qanda şəkərin düşməsinə və bədəndəki ritmin pozulmasına səbəb olur.
• İş yerində olan yeməklərin bəyənilməyib, çöldən “fast food” sifariş edilməsi. Tərkibindəki yağın miqdarı normadan artıq olan bu “fast food”ların yeyilməsi artıq və lazımsız kalorilərə sahib olmanıza ətirib çıxarır və istəmədən də bunu adət halına gətirib artıq çəkiylə nəticələnəcək bir qidalanma rejiminə girmiş olursunuz
• Gün ərzində unutma və ya tez-tez tualetə getməmə istəyinə görə su içməmək və ya azaltmaq. Ancaq gün içərisində çay - kofe kimi içkilər bədəninizin daha çox su itirməsinə səbəb olur və susuz qalmağınız iş performansınıza təsir edir
• Uzanan iclaslar nəticəsində qəlyanaltı edilməməsi və bu səbəbdən qan şəkərinin düşməsi.
• Qan şəkərinin düşməsi səbəbindən şokolad və keks kimi mağazadan alınan sağlıqsız qidalarla mədənin aldadılması və ya bu qidaların iş yoldaşları arasında paylaşılmanın adət halına düşməsi.

Bəs bunun qarşısını necə ala bilərik:

• Əgər səhər yeməyini yeməyə vaxtınız çatmırsa , o zaman evdən çıxmadan 1stəkan süd için və ya yoqurt yeyin və yaxud da ki kiçik bir sendviç hazırlayın. Bunları da etməyi çatdıra bilmirsinizsə o zaman yolda və ya iş yerində çayla bulku pendir yeyə bilərsiniz.
• Nahar və ya axşam yeməklərinizdə axsama olarsa və ya ötürdüyünüzdə qəlyanaltı edin. Bu vəziyyətlərə görə həmişə çəkməcənizə meyvə , tost , ayran , meyvəli yoqurt , hazır sup və ya dietik pçenilər qoyun.
• Nahar vaxtı əsas yeməyin yanında garner olaraq verilmiş qızarmış kartof , pure , düyü , makaron kimi qidaların yarısını yeyib saxlaya bilərsiniz. Unutmayın siz iş ərəfəsində iş bitənə qədər stol arxasında olacaqsınız.
• Menyuda varsa əgər mütləq şorba, salat, yoğurt kimi əlavə qidalardan yeyin. Yeməklərin yanında ağ çörək yerinə çovdar çörəyinə üstünlük verin.
• Seçmə imkanınız varsa menyudakı ən aşağı kalorili yeməyi seçin.
• İş stolunda çay və kofədən əlavə 8-10 stəkan su içməyi unutmayın.
• İş yoldaşlarınıza şəkər və ya şokolad yerinə meyvə, diyetik pceni kimi qidaları təklif edin və ofis mühitində sağlıqlı qidalanmanı adət halına salın.
• Şirkət yeməklərini bəyənmədiyiniz zaman çöldən söyləmək əvəzinə imkan varsa gedib orada yeyin və beləcə gün içərisində hərəkət etmə imkanınızı çoxaltmış olacaqsınız.
• Şirket yeməklərini bəyənmədiyiniz zaman çıxa bilmək imkanınız yoxdursa , onda “fast food” yerinə daha az yağlı bir şey sifariş edin.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...