Ağciyərləri təmizləyən 6 möcüzəli qida

 Ağciyərləri təmizləyən 6 möcüzəli qida

Bu qidalar xüsusən astma xəstələri və siqareti atanların həyat keyfiyyətini artıracaq qidalardır.



Zəncəfil: Çox qüvvətli antioksidant olan zəncəfil ağciyərləri təmizləyir. Müxtəlif toksinləri, selikli qişa və arzuolunmaz hissəcikləri ağciyərlərdən atmağa yardım edir. Bu səbəbdən qida rasionunuzda zəncəfilli çaya yer verməlisiniz.

Sarımsaq: Sarımsaq qüvvətli antioksidant olmaqla yanaşı, tərkibində bol miqdarda olan alısin kimyəvi maddəsi ağciyərləri təmizləyir.

Evkalipt: Təbii antibiotik olan dərman bitkisinin tərkibində faydalı yağlar var. Bu uçucu yağlar ağciyər infeksiyalarına yaxşı təsir edir, qan təzyiqini artıraraq qanın çoxalmasını təmin edir.

Öskürək siroplarında, boğaz qıcıqlanmasında bu kimyəvi yağdan istifadə edilir. Təzə evkalipt çayı bronxit və tənəffüs yollarına yaxşı təsir edir. Buxarını udmaq öskürək və bronxitə yaxşı gəlir.

Ekinezya: Soyuqdəymə və öskürək müalicəsində istifadə edilir. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyalarına qarşı xeyirlidir.


Keçibuynuzu: Xüsusilə siqaret çəkənlər üçün bu bitki çox faydalıdır. 5 ədəd keçibuynuzu 1 litr suda qaynadılır və acqarına içilir. Bu məhlul siqaretinin verdiyi zərərləri bərpa etməyə qadirdir.


Əməköməçi: Qaynar suda 1 miqdar amber çiçəyi qaynadılır və 5-6 saat sonra acqarına 1 stəkan içilir. Bu üsul sayəsində ağciyərlərdəki siqaretin mənfi təsirləri azalır. Bu bitki habelə bəlğəmdən xilas edir, həmçinin ağciyər xərçənginə də mane olur.

Mənbə: publika.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...