Ayaq qoxusuna qarşı təbii yollar

Ayaq qoxusuna qarşı təbii yollar

Soda: ayaqlarınızın rahatlıqla yerləşdiyi bir ləyəni ilıq su ilə doldurun. Suyun içinə 2 qaşıq soda atın. Ayaqlarınızı bu suda 20 dəqiqə saxlayın. Bu proseduranı 1 həftə ərzində hər axşam sınaqdan keçirin.



Lavanda yağı: soda kimi lavanda yağı da, ayaq qoxusuna qarşı bir həll yoludur. Lavanda yağı həm də ayaq göbələyinin qarşısını almağa da kömək edir. Su ilə dolu bir ləyənə 15-20 damla lavanda yağını əlavə etdikdən sonra ayaqlarınızı ləyəndə təxminən 15 dəqiqə saxlayın.

Bu proseduranı 1 həftə ərzində gündə 2 dəfə etməyə çalışın.

Çay: çayın içərisində olan tanik turşu, bakteriyalara qarşı qoruma təmin edir və tərləməni azaldır. Əvvəl, 2-3 ədəd paket çayı çaydanda dəmləyin.
Yarısına qədər su ilə doldurduğunuz ləyənə bu çayı əlavə edin və ayaqlarınızı 20 dəqiqə bu suda saxlayın. 1 həftə ərzində hər axşam edəcəyiniz bu prosedura sizi ayaq qoxusundan xilas edəcək.

Sirkə: soda, lavanda yağı və çay kimi ayaq qoxusuna qarşı səmərəli yollardan biri də sirkədir.
Ləyənin yarısını ilıq su ilə doldurun və üzərinə 2 stəkana qədər sirkə əlavə edin. Ayaqlarınızı sirkəli suda 20 dəqiqə saxlayın. Bu prosesdən sonra ayaqlarınızı sabunla təmiz bir şəkildə yuyub yaxalayın. 10 gün ərzində hər gün edəcəyiniz bu proses, ayaq qoxusunu yox edəcək.

Mənbə: milli.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...