Yoluxma səbəbi 90% cinsi əlaqə olan xəstəlik və əlamətləri

Yoluxma səbəbi 90% cinsi əlaqə olan xəstəlik və əlamətləri

Tibb elmindən “Treponema pallidum” adlandırılan siflis xəstəliyi dövrümüzün bəlalarından biri hesab olunur. Mütəxəssislər bu xəstəliyin yoluxma səbəbinin 90% cinsi əlaqə olduğunu bildirir. Lakin bəzən bədəndəki açıq yaralardan da keçməsi mümkündür. Xəstəlik həmçinin qan vasitəsi ilə də keçə bilər. Siflisə yoluxmuş hamilə qadınlarda əksər hallarda xəstəlik ana qanından körpəyə keçir və nəticədə uşaq ya ölü doğulur ya da vaxtindan əvvəl doğulduğu üçün ölür.

Siflis xəstəliyi 3 şəkildə özünü biruzə verir:
Erkən və ya ilkin siflis. İlkin mərhələdə bir və ya bir neçə yara müşahidə olunur. Bu yaralar böyük və qırmızı olurlar və adətən həşərat dişləməsinə bənzəyirlər, lakin, ağrısız olurlar. Bu yaralar yoluxduqdan 10-90 gün ərzində cinsiyyət və ağız ətrafında çıxırlar. Bu mərhələdə hətta müalicəsiz belə sağalmaq olur.
İkinci mərhələ yoluxandan 3-24 həftə sonra başlayır və 1-3 həftə sonra davam edir. Bu mərhələdə əllərdə və dabanlarda qırmızı ləkələr müşahidə olunur. Həmçinin xəstəlik ağızda ağ ləkələrə, limfatik düyünlərin artmasına, qasıq ərazisinin çoxlu nəmlənməsinə, çəkinin itməsinə səbəb olur. İlkin siflis kimi də bu mərhələ müalicə olunmadan sağala bilər.
Gizli siflis. Bu zaman infeksiya yatır (disaktiv olur), və heç bir simptomla özünü biruzə vermədən öz-özünə sağalır.
Üçüncü mərhələ. Əgər siflis sağalmırsa və buna baxmayaraq müalicə olunmursa, siflis ağırlaşır. Bu zaman, xəstəlik, ciddi ürək xəstəliklərinə, beyin və sinir pozğunluğuna, bu da paraliçə, korluğa, zəyif əqli inkişafa, karlığa, sonsuzluğa hətta ölümə səbəb ola bilər.
Əlamətləri: İlk olaraq bakteriyanın orqanizmə daxil olduğu yerdə (Əsasən cinsi orqan ətraflarında) qırmızı rəngdə təqribən 1 sm böyüklüyündə ağrısız, qırmızı və sulanmış çibanlar yaranmağa başlayır.

Əgər müəyyən müddətə müalicə olunmasa bakteriya orqanizmin bir çox bölgələrinə əsasən əl və ayaq nahiyələrində qırmızı səpkilər şəkilində özünü göstərməyə başlayır. Bir müddət sonra isə xəstəlik göz, beyin və sinir sistemi kimi daxili orqanlara qarşı hücuma keçdiyi üçün xaricdə öz əlamətlərini itirir və xəstəliyin keçdiyi zənn edilir nəticədə isə xəstəlik iflic və ya ölümlə nəticələnir.

Xəstəliyə yoluxma halı müəyyən edilən kimi dərhal həkimə müraciət vacibdir, çünki xəstəlik inkişaf etdikcə orqanizmdə yol açdığı dəyişiklikləri sonradan bərpa etmək mümkün deyil. Siflisdən müalicə olunan şəxslər, infeksiyadan tam müalicə olunana kimi cinsi əlaqədə olmaqdan uzaq durmalıdırlar.


Diqqət: Hörmətli ziyarətçi saytda qeydiyyatdan keçərək saytın bütün imkanlarından tam olaraq faydalana və öz mövzularınızı (məqalələrinizi) əlavə edərək digər istifadəçilərlə paylaşa bilərsiniz. Qeydiyyatdan keçmək üçün KLİCK EDİN
 12-08-2013, 23:37  Qadin dunyasi  4087
0

   Mənbə:

  Celal Mir

Xəbərlər haqqında şərh yazın

Adınız:



Bu bölməyə aid digər xəbərlər

Online İstifadəçilər
Yeni Gələnlər
Top Şərhçilər
  • Yaşadığı yer:Bakı, Azərbaycan

    Şərhləri:786

    kenan qedimov ( Editor )

  • Yaşadığı yer:Baku

    Şərhləri:505

    Efsane Memmedova ( Redaktor )

  • Yaşadığı yer:Quba, Azerbaycan

    Şərhləri:156

    Aytəkin ( User )

  • Yaşadığı yer:Astara

    Şərhləri:31

    adm ( User )

  • Yaşadığı yer:baki

    Şərhləri:22

    Leyla Eliyeva ( Köşə yazarı )

  • Yaşadığı yer:

    Şərhləri:12

    Aynur Huseynova ( User )

  • Yaşadığı yer:baki

    Şərhləri:11

    Nice ( User )

  • Yaşadığı yer:masalli

    Şərhləri:11

    gozel ( User )

myWAP