Zeytun yağının ağla gəlməyən istifadə qaydaları

Zeytun yağının ağla gəlməyən istifadə qaydaları
Zeytun yağı tam bir möcüzədir. Sağlam yaşamağın yolu zeytun yağlı yeməklərdən keçir. Ancaq zeytun yağı sadəcə yeməklərdə istifadə olunmur. Mir.Az məsləhət bölməsi zeytun yağını mətbəxdən əlavə həyatımızın daha hansı sahələrində istifadə edə biləcəyimiz haqqında məlumatları təqdim edir.

1. Sızanaqlardan xilas olun!
Yuxarıda da qeyd etdiyimiz kimi, bir çox gözəllik maskasının tərkibinə zeytun yağı əlavə edilir. Ancaq yağlı və sızanaqlı üzə belə maskaların çəkilməsi məsləhət görülmür. Halbuki, dermatoloqlar zeytun yağının sızanaqların əsl düşməni olduğunu bildirirlər. Antioksidantlarla zəngin olan bu yağ sızanaqları sağaldır. Bunun üçün 3 xörək qaşığı zeytunyağı ilə 4 xörək qaşığı duzu qarışdırıb xəmir halına salın. Maskanı üzünüzə çəkib 2-3 dəqiqə saxlayın. Kükürdlü sabun və ilıq su ilə üzünüzü yuyun. Bu maskanı hər gün çəkin. 2-3 həftə içərisində effektini hiss edəcəksiniz.

2. Təraş kremi
Həm kişilər həm də qadınlar zeytunyağından təraş kremi kimi istifadə edə bilərlər. Beləliklə, kişilərdə üz, qadınlarda isə ayaq nahiyəsi tüklərdən asan təmizlənəcək, üstəlik, dərinizin nəm balansı bərpa olunacaq.

3. Əllərinizi təmizləmək üçün…
Əllərinizi avtomobilin yağına və ya müxtəlif boyalara bulamısınızsa, təmizləmək üçün zeytun yağından istifadə edə bilərsiniz. Ovcunuzun içərisinə bir çay qaşığı zeytun yağı, eyni miqdarda duz və ya şəkər tozu töküb əllərinizi ovuşdurun, sonra sabunla yuyun. Əlləriniz həm təmizlənəcək, həm də dəriniz yumşalacaq.

4. Saçlarınızı boyadan təmizləmək üçün…
Əgər evin divarlarını özünüz boyamısınızsa, nə qədər ehtiyatlı davransanız da, saçlarınıza boya dəyəcək. Amma buna görə narahat olmağa dəyməz. Çünki zeytun yağı ilə saçlarınızdan boyanı asanlıqla təmizləyə bilərsiniz. Boyaya batan hissələrə zeytun yağı çəkib sonra pambıqla həmin yeri ovun. Qeyd edək ki, bu üsulla göz makiyajını, xüsusilə də, tuşu təmizləmək olar.

5. Mebellərinizi parıldadın
Taxta mebellər zaman keçdikcə öz parlaqlığını itirərək köhnə görünür. Əşyalarınızı yeni göstərmək üçün zeytun yağından istifadə edə bilərsiniz. Bunun üçün təmiz bir sprey şüşəsinin içərisinə zeytun yağı, bir ədəd limonun şirəsi və ağ sirkə töküb çalxalayın. Bu qarışığı mebellərinizə sıxın. Daha sonra təmiz bir bezlə mebelləri silin.

Mənbə: Mir.Az

Şərhlər 1

  1. ilhame
    ilhame - 9 sentyabr 2015 13:31
    Melumata gore tesekurler
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...