"Zeynəbin səsi yoxdur" deyən Floranın çıxışına QADAĞA QOYULDU

"Zeynəbin səsi yoxdur" deyən Floranın çıxışına QADAĞA QOYULDU

Yerli telekanallar Flora Kərimovaya qadağa qoyub.



Xalq artisti bu sifarişin Zeynəb Xanlarova tərəfindən gəldiyini bildirib:

"Zeynəb Xanlarova məndən uşaq kimi şikayət edib. Cürəti çatmır ki, mənimlə danışsın, suallarıma cavab versin, kişi kimi mənimlə döyüşsün. Amma əlaltı məndən ora bura şikayət edir".

Yerli telekanalların bir xalq artistinə qadağa qoyulması məsələsi ilə bağlı bir sıra mədəniyyət işçiləri ilə bağlı sorğu keçirilib.

Mələkxanım Eyyubova: "Məni rahat buraxın. Mən heç birinin işinə qarışmıram. Mənə sənətimlə bağlı sual verin".

Zöhrə Abdullayeva: "Mən heç nə bilmirəm. Bu haqda heç nə eşitməmişəm. Mənim bu iki dahi sənətkar haqda fikir söyləməyə səlahiyyətim çatmır".

Aybəniz Haşımova: "Xəbərim yoxdur. Bütün günü dərslərdəyəm. Bəlkə yalan məlumatdır. Ola bilsin Flora xanıma yalan məlumat veriblər. O, xalqımızın dəyərli sənətkarıdır. Ona heç kəs qadağa qoymaz. Bunu ara vuranlar yalan məlumat verə bilər. Mən belə xəbərə inanmıram".

Bilal Əliyev: "Mənim heç nədən xəbərim yoxdur. Mən namaz üstündə idim. Məni namazdan ayırdınız. Siz ümumiyyətlə belə söhbətə məni niyə qatırsınız? Mənə sənətimlə bağlı sual verin. Məni camaatla üz-üzə qoymaq istəyirsiniz? Mən onların işinə qarışa bilmərəm. Özləri öz işlərini bilirlər".

Mənbə: Big.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent

Son Xəbərlər

Gözləyin...