Viliam Holman Hunt -İnadkar qonşu

Viliam Holman Hunt -İnadkar qonşuBu tablo Viliam Holman Hunt`un The İmportunate Neighbour” (İnadkar qonşu) adlı tablosudur. Şəkildəki adam köhnə bir qapını yumruqlayır. Özündən bezmiş, yorulmuş bir vəziyyətdə qapının açılmağını gözləyir. Gecə yarısıdı və gedəcək bir yerinin olmadığı görünür. Ayaqları çılpaq, əynində isə sadəcə bir entari ( gecə paltarı ) var. Bəlkə də uzun bir yol gəlmiş, sığınmaq üçün bir evə ehtiyacı var idi. Ancaq qapını aça bilmir, çünki qapının dəstəyi yoxdur.

Artıq gözləməkdən başqa çarəsi yoxdur. Rəsmin sol tərəfində bir ana ilə balaca köpək balası qabdan su içirlər. Qapının bir tərəfində təmiz bir skamya, digər tərəfində isə süpürgə təsvir olunub. Köpəklərin belə su içməsi adamın çarəsizliyini daha da artırır. Adam bəlli ki yorğundur, bəlkə dincəlməyə ehtiyacı var, amma yandakı skamyaya oturmur. O, içəri girmək istəyir və qapı açılmır, çünki qapi ancaq içəridən açıla bilər. Dəvətsiz bir qonaq içəriyə girə bilməz. Bu qapı insanın ürəyidir və nə qədər istəyirsinizsə istəyin, ondan irəliyə gedə bilmərsiniz.

Başqa bir qapı da bağçanın içərisində yerləşib. O qapı hər zaman açıqdır, istəyən hər kəs girə bilər bəlkə də. Ancaq içəriyə doğru uzanan yol bir az dardır, ağaclarla əhatəlidir. Yoldan içəriyə doğru baxdıqda orada köpəklər görürük və üzlərində təhdid siması var. Yoldan içəriyə doğru irəliləmək bir az cəsarət istəyir, amma yolda qarşılaşacaqlarını gözə ala bilən hər kəs içəriyə doğru addımlaya bilər. Bağçadakı taxta skamyaya isə hər kəs otura bilər, ancaq içəri hər kəs girə bilməz.

Mənbə: Mir.Az

Şərhlər 1

  1. Efsane Memmedova
    Efsane Memmedova - 29 iyun 2015 16:15
    maraqlidi
    --------------------
    Ozunu cox oyme heyat...Vaxt gelecek senide terk edecem :(
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...