Fillər haqqında maraqlı məlumatlar

 Afrika həkimləri 400 fili müayinə etdikdən sonra aşkara çıxarmışlar ki, yemləri otdan ibarət olan bu nəhənglər skleroz xəstəliyinə tutulmuşlar. Halbuki indiyədək belə güman edilirdi ki, həmin xəstəliyə yağ-piy ilə çox qidalananlar tutula bilərlər. Həkimlər fillərin orqanizminin bu sirrini hələ də aça bilməmişlər.
 Cənub ölkələrində doğulan fillər şimal qışının soyuğuna çətinliklə dözürlər. Ancaq Kanadanın Edmonton şəhərində yaşayan fili soyuq qorxutmur. Ayaqlarına 87 ölçülü çəkmə geyən bu fil qarın üstü ilə cəsarətlə addımlayır. Soyuğa davamlı fil yeni hədiyyə də almışdır, onun xortumuna buruntaq geyindirilmişdir.
 Fillər çimməyi çox sevdikləri üçün özlərinə su hovuzu da düzəldirdirlər. Fillər çayın qarşısını daşla, ağacla tutaraq dərinliyi 1,2 – 2 m olan hovuzda isti günlərdə həvəslə çimirlər.
 Amerika fili bədəncə Asiya filindən böyükdür, onun hündürlüyü 3,5 m, ağırlığı 5 tondan çoxdur. Ayaqlarının pəncə hissəsinin altı çox sərt və eyni zamanda elastiki olur ki, bədəninin əsas ağırlığı bu yastıqlar üzərinə düşür. Buna görə də fil bədəncə ağır heyvan olmasına baxmayaraq, cəld və səssiz yeriyir. Filin xortumu çox elasiki və güclüdür. Burun dəlikləri xortumun ucunda yerləşir. Xortumun ucunda barmaqşəkilli ətli çıxıntı vardır. Afrika filinin dişlərinin uzunluğu 2 metr və ağırlığı 80 kq olur. Hər 10-15 ildən bir dişlər yenisi ilə əvəz olur. Fil 60-80 il yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir.
 Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Yeni doğulmuş bala tüklə örtülü olur, bir neçə gün sonra anasının dalınca gəzir.
 Çox möhkəm fil dişindən və sümüyündən qəşəng və nəfis seylər hazırlanır. Fil 4 dizi olan yeganə məməli heyvandır. 21-22 ay hamiləlik dövrü keçirir. Hər il dünyada 2 milyon fil doğulur, bir o qədər də ölür.
 Alimlər bir müddət onların skletinin harada yerləşdiyini tapa bilmirdilər. Sonra aydınlaşdırıldı ki, fil ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya batağlığa atır.

Mir.Az
Tarix: 23-03-2013, 19:12 Bölmə: Maraqli Məlumatlar2527 Nəfər oxuyub
  • Beğenmedim
  • 0
  • Beğendim

   Mənbə:

  Celal Mir


Bu xəbər üçün ilk şərhi siz yazın

Xəbərlər haqqında şərh yazın

Sizin adınız:
E-Mail adresiniz:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | Smile əlavə et =) Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler

Bu bölməyə aid digər xəbərlər

Yeni təhlükə: nəhəng ağcaqanadlar yayılır

Adi ağcaqanadlardan fərqli olaraq, bu "meqa" ağcaqanadlar hətta paltarın üstündən də qan sümürə bilirlər....
Bölmə: Maraqli

Orta məktəbi bitirə bilməyən məşhurlar - MARAQLI

Deyirlər təhsil həmişə uğurun zəmanəti olub. Amma həyatda bəzən elə hallar da olur ki, bunun əks variantını görürsən. Məsələn, populyar və çox sevilən dünya ulduzlarının bir çoxu heç orta məktəbi...
Bölmə: Dünyadan

Maraqlı Faktlar

Monakonun Milli orkestrinin üzvlərinin sayı ordusundakı əsgərlərin sayından çoxdur....
Bölmə: Ordan Burdan

Maraqlı Faktlar

Ardında maraqlı məlumatlar var....
Bölmə: Ordan Burdan

inanilmaz gercekler

Normal bir insan, səhvən hər il təxminən 430 böcək udur......
Bölmə: Xəbərlər

Heyvanlar haqqında maraqlı faktlar

   Heyvanlar haqqında maraqlı faktlar...
Bölmə: Ordan Burdan

Balıqlar haqqında maraqlı məlumatlar.

Kütləsi 15 qr –dan 1400 kq-dək, uzunluğu 1 sm-dən 25 m-dək olan balıqlar vardır. Uzunluğu 1 sm-dən 25 m-dək olan balıqlar vardır. Köpəkbalığının uzunluğu 20 m, kütləsi 20 tona çatır. Ən kiçik balıq...
Bölmə: Ordan Burdan
myWAP