Silikonlar haqqında bilinməyənlər

Silikonlar haqqında bilinməyənlər Silikon ilə sinələrə keçirilən yağ toxuması inyeksiyası arasındakı fərq belə izah edilir:
Hamiləlik əsnasında çıxarmaq lazım deyil.
Silikonların hamiləlik əsnasında çıxarılmasına ehtiyac yoxdur. Çox illər əvvəl bizdə qadınların hamilə qalanda silikonları çıxartmalarını təklif edilirdi, amma daha sonrakı vaxtlarda edilən araşdırmalar və kliniki tədqiqatlar göstərdi ki hamilə qadınların silikonlarını çıxartmalarının heç bir mənası yoxdur.
Estetik əməliyyat keçirən analar, doğumdan sonra uşaqlarını çox rahat bir şəkildə əmizdirə bilər, bu istər körpə, istərsə də ananın sağlamlığı baxımından heç bir sağlamlıq problemi təşkil etmir.
Silikonların da bir ömrü var
Bəzi firmaların silikonların ömür boyu qala biləcəyi şəklində öhdəlikləri var, lakin təbiətdə və sənayedə heç bir məhsul ömür boyu zəmanətli ola bilməz, bu səbəbdən silikonların da 50 illik klinika işlərindəki nəticələr göstərir ki, 15 il ətrafında protezlərin dəyişdirilməsi lazımdır.
Bu müddət bir az çox və ya az ola bilər ,amma heç bir zaman mən bir silikon taxım, ömür boyu getsin şəklində düşünməmələri lazımdır.
likon əməliyyatları istənilən həcmdə və o həcmin davamı baxımından zəmanətli əməliyyatdır.
Yağ toxuması inyeksiyalarının isə ən az üç dəfə təkrarlanması lazımdır və hər dəfə sinəyə müəyyən bir həcmdə yağ inyeksiyasını həyata keçirə bilərsiniz. Onun xaricində ailəsində süd vəzisi şişi çox sıx rastlanan xəstələrdə bu cür sinəyə yağ inyeksiyası əməliyyatında çətinlikli bir vəziyyət ola bilir.
Verilən yağ inyeksiyası içərisindəki inkişaf etməmiş kök hüceyrələr əgər məmə toxumasında potensial inkişaf yolunda hüceyrələr varsa o hüceyrələrə bənzəyərək, o hüceyrələr kimi inkişafa başlayırlar.Nəticə etibarilə özündə və ya ailəsində süd vəzisi şişi olanlar yağ toxuması inyeksiyası mövzusunda diqqətli olmaq məcburiyyətindədirlər.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...