Dünyanın ən yaxşı çimərliyi

Dünyanın ən yaxşı çimərliyi "TripAdvisor" portalı dünyanın ən yaxşı çimərliklərinin reytinqini tərtib edib.
Reytinq il ərzində turistlərin çimərliklər barədə rəylərinin sayı və keyfiyyəti əsasında hazırlanıb.

Siyahıya əsasən, dünyanın ən yaxşı çimərliyi Braziliyadadır. Fernandu-di-Noronya kurortundakı "Baia do Sancho" adlı çimərlik reytinqin birincisidir. Siyahıda ikinci və üçüncü yerləri, müvafiq olaraq, Providensiales (Terks və Kaykos adaları) adasındakı çimərlik və Puerto-Rikoda yerləşən "Playa Flamenco" çimərliyi tutur.

Avropanın ən yaxşı çimərlikləri ilə bağlı ayrıca siyahı hazırlanıb. Burada isə birinci yer "Playa de las Catedrales" (İspaniya, Ribadeo) çimərliyinə məxsusdur. "Elafonisi" (Yunanıstan, Elafonisi) Avropanın ən yaxşı ikinci çimərliyi olduğu halda, ilk üçlüyü "Cala Mariolu" (İtaliya, Baunei) çimərliyi tamamlayır.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...