Varlılarla yoxsullar arasındakı 10 FƏRQ

Varlılarla yoxsullar arasındakı 10 FƏRQ

Varlı və zəngin insanlarla kasıbların arasandakı fərq nədən ibarətdir? Sözsüz ki, bu fərq təkcə pulun çoxluğundan və azlığından ibarət deyil. Bu iki təbəqə arasında əsas fərqlərdən biri onların dünyaya fərqli baxışları və fərqli düşüncə tərzləridir.

1. Kasıb insanlar elə düşünürlər ki, varlı olmaq üçün formal da olsa təhsil vacibdir. Zəngin insanlar isə daha varlı olmaq üçün xüsusi biliklərin əldə edilməsini zəruri sayırlar.

2. Kasıb insanlar pula emosiya ilə baxırlar. Varlı insanlar isə pul haqqında məntiqi düşünürlər.

3. Kasıblar qənaət etmək, zənginlər daha da varlanmaq haqqında fikirləşirlər.

4. Kasıb insanlar pul xərcləməkdə risk etmirlər, zənginlər isə pul xərcləməyin nə vaxt riskli olduğunu dəqiq bilirlər.

5. Kasıblar elə düşünür ki, bütün nadanlıqların səbəbi puldur. Varlılar isə əksinə olaraq belə düşünürlər ki, dünyanın bütün nadanlıqları yoxsulluqdan irəli gəlir.

6. Kasıbların fikrincə pulla sağlamlığın heç bir əlaqəsi yoxdur. Varlıların qənaətinə görə isə pul insanın həyatını xilas etməyə qadirdi.

7. Kasıb insanlar əksər hallarda öz varlanmaqlarını lotereya biletinin uduşunda görürlər. Zənginlər isə varlanmaq üçün yeni ideyalar axtarır, daima hərəkətdə olurlar.

8. Kasıblar keçmişdə yaşadıqları xoş günləri tez-tez xatırlayırlar, varlılar isə gələcək haqqında yeni planlar qururlar.

9. Kasıblar öz övladlarına yaşamağın, zənginlər isə varlanmağın sirrlərini öyrədirlər.

10. Kasıblar düşünürlər ki, varlanmaq üçün nə isə etmək lazımdır. Varlılar isə bu “nə isə”nin nə olduğunu daha yaxşı bilirlər.

Hər halda bunlar sosioloqların ümumi qənaətidir. O ki qaldı düşünməyə, çox yəqin ki, varlı olub kasıb kimi düşünmək, yaxud əksinə, kasıb olub varlı kimi düşünmək mümkünsüz bir məsələdir. Ən yaxşısı zəhmətə qatlaşıb Allahın yetirdiyi ruziyə çatmaqdır. Ruziniz bol olsun...

Mənbə: Mir.Az

Şərhlər 4

  1. .
    . - 3 iyul 2016 15:29
    yalan demiyin varli olmaq haminin icinden gelir.
  2. (damla
    (damla - 27 aprel 2016 23:02
    hee duzdu qatiliram sene
    --------------------
    sen ola-ola sensizem!
  3. Farız
    Farız - 3 aprel 2016 01:09
    Hecvaxt varlı olmaq ıstememısem varlının pulu qeder derdı de coxdu oz aılemın telebatını qarsılayacaq qeder qazancım olsun besımdı esas odu halallıqla qazanılsın pul haram yolla yox
    1. sayde
      sayde - 3 iyul 2016 14:45
      he duzdu mende hec varli olmak istemerem....
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...