Atatürkün ən böyük xəyalı və onu sevən qızın müəmmalı intiharı

Atatürkün ən böyük xəyalı və onu sevən qızın müəmmalı intiharı

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atütürkün doğum günüdür. 1881-ci ildə Salonikidə anadan olan Atatürk 1938-ci ilin 10 noyabr tarixində İstanbulda vəfat edib.



Atatürk haqda ən maraqlı məlumatları təqdim edirik:

"Ata" sözünü sevmirdi

"Atatürk" sözünü ilk dəfə Türk Dil Qurumunun rəhbəri bir çıxışından səsləndirib. Mustafa Kamal da bu sözü çox bəyənib və soyad olaraq götürüb. Ona "Ata" deyə xitab edilməsini heç vaxt xoşlamayıb.

Ən böyük xəyalı

Ömrü vəfa etsəydi, ən böyük xəyalı dünya turuna çıxıb türk dili və tarixi ilə bağlı araşdırmalar aparmaq idi.

Həmişə yanında gəzdirdiyi kitab

Kitabxanasında minlərlə kitab var idi. Lakin onalrın arasında ən çox sevdiyi və həmişə yanında gəzdirdiyi Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanı olub.

Bütün köynəkləri ağ olub

Köynəklərinin hamısının rəngi ağ idi. Əvvəlcə İsveçrədə xüsusi olaraq tikilirmiş. Lakin sonradan yerli mal istehsalını dəstəkləmək üçün Bəyoğlunda (İstanbulun məşhur məhəlləsi) bir dərziyə tikdirib.

Atatürkə görə intihar edən qız

Atatürkü sevən Fikriyə adlı bir xanım olub. O, həm də Mustafa Kamal ilə qohumluq əlaqəsinə sahib idi. Bir gün Atatürkün Lətifə xanımla evləndiyini eşidir və Çankaya köşkünə gəlir. Lakin Lətifə xanım onu köşkdən uzaqlaşdırır və içəri keçməsinə icazə vermir. Buna görə də o, elə Çankaya köşkünün önündə intihar edir. Fikriyə xanımın tapança ilə vurulması iddiaları da var.

Siqaret çəkmək üçün hansı hiyləyə əl atıb?

Atatürk ölümünə səbəb olan xəstəliyinin başlandığı dövrdə həkim müayinəsindən keçir. Həkimi Fissinger gündə neçə qutu siqaret çəkdiyini soruşur. Atatürk "səkkiz" deyir. Həkim bunu iki qutuya endirməyi tövsiyə edir. Atatürk də gülümsəyərək, "Onsuz da iki qutu çəkirdim. Bundan sonra bunu sizin icazənizlə edəcəm" deyir.

Mənbə: publika.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...