Dünyanın ən qəribə milyonçusu: yüzlərlə məşuqə, sirli ölüm, yoxa çıxan milyardlar...

Dünyanın ən qəribə milyonçusu: yüzlərlə məşuqə, sirli ölüm, yoxa çıxan milyardlar...

O, Amerikanın gəlmiş-keçmiş ən sirli milyarderi hesab edilir. Biznesindən tutumuş, məşuqələrinə, ölmünə qədər bütün həyatı təzadlarla, müəmmalarla doludur. Söhbər iş adamı, rejissor Hovard Robarda Xyuzdan gedir.



Anası onu çətinliklə dünyaya gətirir
Hovard Robarda Xyuz Texas ştatının kiçik şəhərində anadan olub. Atası iş adamı Hovard Robarda Xyuz, anası evdar qadın Allen Stoun idi. Hovard Robarda Xyuz ailənin yeganə övladı idi. Anası ona belə çətinliklə hamilə qalmışdı, eləcə də dünyaya gətirmişdi. Allen doğum zamanı o qədər qan itirmişdi ki, möcüzə nəticəsində sağ qalmışdı. Doğrusu, həkimlər onu əvvəlcədən xəbərdar ediblərmiş.
Sanninin xəstəliyi
Gələcək milyarderin atası “Hughes Tool Company”nin sahibi idi. Şirkət qazma avadanlığının istehsalıyla məşğuluydu. 20-ci əsrdə yaşanan neft bumu dövründə tez bir zamanda yüksəlməyə başlamışdı. Atası işilə əlaqədar daim məşğul olduğundan Hovard Robarda Xyuzun tərbiyəsi ilə əsasən anası maraqlanırdı. Hovardı Sanni (sonny – oğul) deyə çağıran Allen övladına qarşı həddən artıq həssas idi. Xüsusilə Sanninin gigiyenasına diqqət edərək onu infeksiyalardan və mikroblardan qorumağa çalışırdı. Nəticədə Hovard cəmiyyətdən təcrid edilmiş vəziyyətdə yaşayırdı. Daim bədəni dəqiq müayinədən keçirilirdi. Bununla belə 13 yaşı olanda gözlənilmədən ayaqları tutuldu. Həkimlər güman edirdilər ki, bu poliomielitdir. Amma bir neçə ay sonra naxoşluq qəflətən keçdi.
Uşaqlığı
Hovard uşaqlığında dinməz biri idi və başqa uşaqlarla münasibətdən çəkinirdi. Onun orta məktəbdə yeganə dostu atasının biznes ortağının oğlu Dadli Şarp idi. Buna görə, Hovard kiçik yaşından özünə məşğuliyyət tapmışdı. Belə ki, o, fizikanı, riyaziyyatı öyrənir, ixtiralara çalışırdı. Ciddi şəkildə fotolarla maraqlanırdı. Təhsilə gəlincə, valideynləri oxuduğu məktəbləri tez-tez dəyişdiyindən təhsili yarımçıq qalır. Məsələn, Hovard əvvəlcə elit özəl məktəb sayılan “Prosso Academy”də təhsil alır. Lakin sonra atası oğlunu həyat yoldaşının hədsiz diqqətindən xilas etmək üçün Boston yaxınlığındakı məktəbə göndərir. 14 yaşında isə onu Tetçer məktəbinə transfer edirlər. Amma o, Tetçer məktəbini də yarımçıq buraxır. Vaxtının çoxunu qolf klubunda keçirməyə başlayır. O qədər bu oyuna aludə olur ki, həyatına da təsir edir.

Kifayət qədər yaraşıqlı kişi olan Hovardın məşuqələrinin siyahısına kimlər daxil olmayıb ki... Aktrisa Djin Harlou, Djin Piters, Ceyn Rassel, Ketrin Xepbern, Ava Qardner, hətta Merlin Monoro da daxil olub. Milyarderin zövqü əsasən gənc, tünd saçlı və böyük sinəli aktrisalar idi. Belə xarici görünüşə sahib qadınlarla o, tez müqavilə bağlayır, onlara çoxlu pul xərcləyir, mənzil kirayələyir, şəxsi sürücü ayırırdı.
Yeri gəlmişkən, müqavilədə nə geyinmək, nə yemək lazım olduğu, kimlə görüşməyin mümkünlüyü qeyd edilirdi. Bundan əlavə, qızlar həkim nəzarətindən keçirilirdi. Hovard bunlarla kifayətlənməyib bəzən dedektiv tutur və məşuqələrini izlətdirirdi. O, həmişə eyni zamanda bir neçə məşuqə ilə münasibət saxlayırdı. Bunu sevgililərindən birinin onu bezdirəcəyi, özündən soyudacağı halda başqasının qucağında münasibəti tez unutmaq üçün edirdi. Qadınların diqqətini cəlb etməsinə baxmayaraq, iş adamının sevgi məcaraları uzun müddət davam etmirdi. Bu da əsasən onun vasvası olması ilə bağlı idi. Hovard hətta qadınlara təmizliyə görə qiymət verirdi. Onları 4 qrupa bölürdü -“çirklilər", "pintilər", "orta çirklilər", "orta təmizlər". Məşuqələrindən biri – Ketrin Xepbern haqqında xatirəsində o, belə deyirdi: “Mən çox onu sevirdim. O, çox təmiz qadın idi: Gündə dörd dəfə vanna qəbul edirdi". Həqiqətən də, onun ən çox sevdiyi qadın Ketrin idi. Cütlük birlikdə 1 il yaşayır, ayrıldıqdan sonra isə dost kimi münasibətlərini davam etdirirlər.

Mənbə: wsemir.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...