ŞOK:5 yaşında hamilə qaldı və doğdu - FOTOLAR

ŞOK:5 yaşında hamilə qaldı və doğdu - FOTOLAR

939-cu ildə 5 yaşında hamilə qalan və dünyaya sağlam bir oğlan uşağı gətirən Perulu Lina Medinanın bugünkü halının şəkli dərc olunub.



Lina Medina, bu gün 81 yaşındadır. İllər əvvəl yaşadığı hadisənin detalları isə şok edicidir.

1939-cu ildə Peruda And Dağlarının ətəklərində kasıb bir ailənin qızı olan 5 yaşlı Lina Medinanın qarnı və sinələri qısa müddətdə sürətlə böyüməyə başlayıb.

Vəziyyətdən xeyli qorxan anası, bir şeylərin yolunda olmadığını və qızının xəstə olduğunu düşünüb. Qarnı o qədər böyümüşdü ki, bunun dəhşətli bir şiş olduğunu düşünərək xəstəxanaa aparıb.

Müayinədən sonra 7 aylıq olduğu məlum olub.

Ailənin aldığı bu xəbər son dərəcə sarsıdıcı olsa da, Lina 14 May 1939-cu ildə 2 kilo 700 qram ağırlığında sağlam bir oğlan uşağı dünyaya gətirir.

Doğumu reallaşdıran Gerardo Lozada isə uşağın ad atası olub.

Ancaq hadisə hələ bağlanmamışdı. Dünyaya gələn bu uşağın bir də atası olmalıydı. Bu səbəblə gözlər Lina Medinanın atasına çevrilmiş və özü nəzarətə alınmış olsa da dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılır.

Doğma anasını 10 yaşına qədər bacısı kimi tanıyan Gerardo, 40 yaşında ilik xərçəng xəstəliyindən həyatını itirib. Lina isə 38 yaşında evlənərək yenidən ana olur.

Həkimlərin dediklərinə görə, 5 yaş artıq uşaqların yeniyetməlik dövrləridir və bu durumun hamiləliklə sonlanaraq sağlam uşaq dünya gətirmək isə bir möcüzədir. sfera.az

Qeyd edək ki, Lina Medinanın halhazırda 81 yaşı var.

Mövzuya aid fotolar:

Mənbə: mybaku.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...