Kasıb görünüşlü milyarder - FOTO

Kasıb görünüşlü milyarder - FOTO

Xarici görünüşcə maddi baxımdan orta səviyyəli insana bənzəyən Ulav Tun dünyanın ən qəribə insanlarından biridir.



Norveçin "Olav Thon Gruppen" kompaniyasının rəhbəri olan bu şəxsin dünyanın ən varlı adamlarından biri olmasına heç kim inanmır.
Onun rəhbəri olduğu şirkətin tabeliyində ticarət mərkəzləri, otellər, aeroport və kimya müəssisələri var. Özü də bu ticarət mərkəzlərinin və otellərin bəziləri Norveçin sərhədlərindən kənardadır.
Forbes milyarderlərinin siyahısına düşən bu insan hətta orta məktəbi qurtarmayıb.

"Mən tibb təhsili almaq istəyirdim. Amma 1939-cu ildə Avropada müharibə başlandı. Mən Xallinqdalda qaldım. Bu yerlərdə bir neçə tülkü ferması vardı. Özümlə bir neçə tülkü dərisi götürüb, onları satmaq üçün Osloya yola düşdüm", - deyə o xatırlayır.
Zirək oğlan addım-addım müvəffəqiyyətə nail olur. Bir il sonra o, Oslonun qərb hissəsində şəxsi xəz biznesini qurur.
Ulav həmin vaxtlar doğma evi və ferma ilə birdəfəlik vidalaşır: "İşlər elə yaxşı gedirdi ki, mən artıq Oslonun mərkəzində növbəti filialı açdım".
Oslonun mərkəzi Karla Yuxan küçəsində binanı satan alan Ulav bunun üçün 1,4 milyon Norveç kron xərcə düşür. O, bu məbləğin 80 min kronunu öz hesabına, digər məbləği isə bankdan kredit götürərək ödəyir.
Sonralar tarix fakültəsinə daxil olan gənc obyektinin gəlirlərinin getdikcə artmasının şahidi olur. Beləcə, tədricən milyarderə çevrilir.
O, ömrünün qocalıq çağlarını əsasən istirahətlə keçirir. Təbiət qoynunda gəzir, mənzərəli yerləri seyr edir. Lakin xeyriyyəçiliyi də unutmur. Belə ki, Ulav Tun 2013-cü ildə xeyriyyə fondunu yaradıb və ehtiyacı olanlara maddi kömək göstərir. Onun övladı yoxdur. Bu səbəbdən qoca indidən öləndə varidatının xeyriyyəçilik məqsədilə xərclənməsini vəsiyyət edib. O, tezliklə yeni xəstəxana da tikdirmək niyyətindədir.

Mənbə: publika.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...